“Tehran və Vaşinqton ortaq məxrəcə gələ bilər, lakin... ” - Şərh
11:36 / 14.09.2021
1009
"İranın
iqtisadi sanksiyalardan qurtulub yardımlar almağa çox ehtiyacı var. Rəsmi
Tehran bu gün iqtisadi, siyasi və sosial böhranla üz-üzədir. Real yanaşsaq,
İran cəmiyyətini sakitləşdirən yeganə qüvvə ali dini lider və onun şiə
ideologiyasıdır. Lakin günü-gündən bu faktor da İran cəmiyyətinin artan
narazılıqlarının qarşısını ala bilmir”.
Bu sözləri
Sfera.az-a politoloq Turab Rzayev İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi
Səid Xətibzadənin "İran hökuməti Vyanada nüvə razılaşması üzrə danışıqları
yeniləyəcək” sözlərini şərh edərkən deyib.
Politoloqun
sözlərinə görə, İranın gec-tez ABŞ-la nüvə razılaşmasına dair danışıqlar
masasına oturacağı bəlli idi:
"İran
indiki halda iqtisadi olaraq çox sıxılır. Bu gün İranın öz neftini rahatlıqla
satması üçün mövcud sanksiyalardan xilas olmağa ehtiyacı var. Məhz buna görə bu
gün İran ABŞ-la bir masaya oturub nüvə razılaşmasını müzakirə etməyə hazırdır. Maraqlıdır
ki, hazırda İranda daha mühafizəkar siyasi elita hakimiyyətdədir, lakin bununla
belə mövcud iqtisadi sanksiyalar şəxsi ambisiyaları üstələyir. Çünki günü-gündən
artan sosial iqtisadi problemlər, daxili auditoriyanın qəzəbini alovlandırır.
Bu mənada İran nüvə razılaşması üzrə danışıqlara qayıtmağa məcburdur”.
T.
Rzayevin sözlərinə görə, İranın nüvə razılaşmasına qayıtmasında ABŞ da
maraqlıdır:
"Hazırda
yaxın Şərqdə güclərin balansı yenidən formalaşır və prosesdə İranın da iştirakı
rəsmi Vaşinqton üçün vacibdir. Digər tərəfdən, ABŞ-ın İranla münasibətləri
normallaşdırmasında bir digər faktor da Çindir. Rəsmi Pekinin İranla münasibətləri
inkişaf etdirməsi, böyük həcmdə kreditlər verməsi ABŞ-ı ciddi narahat edir.
İran-Çin münasibətlərinin inkişaf etməsi ABŞ-ın yaxın Şərq maraqları üçün ciddi
təhdiddir.
Turan
Rzayev