“Tehran və Vaşinqton ortaq məxrəcə gələ bilər, lakin... ” - Şərh

“Tehran və Vaşinqton ortaq məxrəcə gələ bilər, lakin... ” - Şərh
"İranın iqtisadi sanksiyalardan qurtulub yardımlar almağa çox ehtiyacı var. Rəsmi Tehran bu gün iqtisadi, siyasi və sosial böhranla üz-üzədir. Real yanaşsaq, İran cəmiyyətini sakitləşdirən yeganə qüvvə ali dini lider və onun şiə ideologiyasıdır. Lakin günü-gündən bu faktor da İran cəmiyyətinin artan narazılıqlarının qarşısını ala bilmir”.

Bu sözləri Sfera.az-a politoloq Turab Rzayev İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Səid Xətibzadənin "İran hökuməti Vyanada nüvə razılaşması üzrə danışıqları yeniləyəcək” sözlərini şərh edərkən deyib.

Politoloqun sözlərinə görə, İranın gec-tez ABŞ-la nüvə razılaşmasına dair danışıqlar masasına oturacağı bəlli idi:

"İran indiki halda iqtisadi olaraq çox sıxılır. Bu gün İranın öz neftini rahatlıqla satması üçün mövcud sanksiyalardan xilas olmağa ehtiyacı var. Məhz buna görə bu gün İran ABŞ-la bir masaya oturub nüvə razılaşmasını müzakirə etməyə hazırdır. Maraqlıdır ki, hazırda İranda daha mühafizəkar siyasi elita hakimiyyətdədir, lakin bununla belə mövcud iqtisadi sanksiyalar şəxsi ambisiyaları üstələyir. Çünki günü-gündən artan sosial iqtisadi problemlər, daxili auditoriyanın qəzəbini alovlandırır. Bu mənada İran nüvə razılaşması üzrə danışıqlara qayıtmağa məcburdur”.

T. Rzayevin sözlərinə görə, İranın nüvə razılaşmasına qayıtmasında ABŞ da maraqlıdır:

"Hazırda yaxın Şərqdə güclərin balansı yenidən formalaşır və prosesdə İranın da iştirakı rəsmi Vaşinqton üçün vacibdir. Digər tərəfdən, ABŞ-ın İranla münasibətləri normallaşdırmasında bir digər faktor da Çindir. Rəsmi Pekinin İranla münasibətləri inkişaf etdirməsi, böyük həcmdə kreditlər verməsi ABŞ-ı ciddi narahat edir. İran-Çin münasibətlərinin inkişaf etməsi ABŞ-ın yaxın Şərq maraqları üçün ciddi təhdiddir.

Bununla belə ABŞ həm də İranla münasibətləri aramla yaxşılaşdırır. Çünki ortada İsrail və Ərəb ölkələri faktoru da var. Diqqət etsəniz, bu prosesə ən çox İsrail qarşıdır. Çünki İranın güclənməsi hər zaman İsrail üçün təhdiddir. İsrail regionda İranı özü üçün ən başlıca düşmən hesab edir. Bu mənada rəsmi Vaşinqton Çin faktoruna görə İranla münasibətləri normallaşdırmaq istəsə də, İsrail faktoruna görə prosesi tədricən aparmağa məcburdur”.
 
Turan Rzayev
 

OXŞAR XƏBƏRLƏR

Venesiya Biennalesində Azərbaycan pavilyonunun açılışı oldu - FOTO

Heydər Əliyev Fondunun təşkilatçılığı, Azərbaycan Mədəniyyət Nazirliyi və ölkəmizin İtaliyadakı Səfirliyinin dəstəyi ilə aprelin 19-da 60-cı Venesiya Biennalesi...

İlhamə Quliyeva ilə küsülü olmalarının səbəbini açıqladı

Xalq artisti Nazpəri Dostəliyeva mərhum həmkarı, Xalq artisti İlhamə Quliyeva ilə küsülü olma səbəbini illər sonra açıqlayıb.   Sfera.az xəbər v...

Bu il Azərbaycanda 5 günəş elektrik stansiyası tikiləcək

Bu il Azərbaycanda ümumi gücü 1300 MVt olan daha 5 günəş-külək stansiyasının inşasına başlanacaq.   Bu barədə Sfera.az-a Energetika Nazirliyindən bil...

Yaponiyada həkimlər "Google"u məhkəməyə verdilər - SƏBƏB

Yaponiyada həkimlər Google-u klinikaları haqqında pis şərhlərə müdaxilə etmədiyi üçün məhkəməyə veriblər. Sfera.az xəbər verir ki, 63 həkim cümə axşamı T...

Buraxılış imtahanının nəticələri elan olundu

Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə 2024-cü il martın 17-də keçirilən buraxılış imtahanının nəticələri elan olunub.   Sfera.az xəbər verir ki,...

16 kənddə qaz olmayacaq

Aprelin 22-si Masallı rayonunun 16 kəndində qaz təchizatının dayandırılması planlaşdırılır.   Sfera.az-ın məlumatına görə, Masallı rayonu ərazisində ...