“Təhlükəsizlik qaydalarına riayyət olunmur …” – “Zirvə Park” Tikinti şirkətindən şikayət var

“Təhlükəsizlik qaydalarına riayyət olunmur …” – “Zirvə Park” Tikinti şirkətindən şikayət var

"ADMEDİA MMC" Reklam Agentliyinin baş meneceri Sabit Məmmədov özünün sosial şəbəkə hesabında «Zirvə Park» Tikinti şirkətinin yarıtmaz işi ilə bağlı status paylaşıb.


Sfera.az tikintidə təhlükəsizlik qaydalarına riayət olunmaması ucbatından həyati təhlükə ilə üz-üzə qalan Sabit Məmmədovun sözügedən statusunu oxucularına təqdim edir:


"Şəhərin mərkəzində, insanların və avtomobillərin hərəkət etdiyi bir ərazidə 20 mərtəbəli bina ucaldılır və təhlükəsizlik qaydalarına riayət olunmur. Bu şirkətlərə tikinti aparmaq üçün icazəsi verəndə niyə gördükləri işlə maraqlanmırlar?

 

Bayaq işə gələrkən maşınımın damına daş parçası düşdü, əlbəttə ki, daş damı zədələdi. İndi avtomobil bir yana, o daş parçası insanın başına düşsəydi, necə olacaqdı? Aidiyyatı qurumlardan xahiş və tələb edirik ki, bu tip məsələlərə laqeyd qalmasınlar.

 

Həmin şirkətin cərimələnməyəni istəmirəm, orada da bizim millətimiz çalışır, evinə çörək aparır. Amma istənilən halda bu tip işlərə vaxtaşırı nəzarət edilməli, qaydalar xatırladılmalıdır.”

 

Selcan


OXŞAR XƏBƏRLƏR