Təcili yardıma zəng etməyin – Prezidentin köməkçisi

Təcili yardıma zəng etməyin – Prezidentin köməkçisi
 Hazırda əksər insanlar özündə simptomlar gördüyü zaman koronavirusa yoluxduğunu düşünür.

Sfera.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin aparat rəhbəri Nadir Zeynalov Operativ Qərargahın bugünkü brifinqində deyib.

O bildirib ki, belə hallarda həmin şəxsin həkimə zəng etməsi tövsiyə olunur: "Bu zaman ona əlavə suallar veriləcək. Koronavirusa yoluxduğu zaman ona lazımı təlimatlar veriləcək”.

Şahmar Mövsümov əlavə edib ki, hər simptomu olan şəxs təcili yardıma zəng etməməlidir: "Təcili yardımı məşğul edib, daha vacib müraciətlərə cavab verilməsini gecikdirmək lazım deyil. Sadəcə sahə həkimi ilə əlaqə saxlamaq kifayətdir. Bu zaman poliklinikaya getməyə də ehtiyac yoxdur”.

OXŞAR XƏBƏRLƏR