Təbii hadisələr nəticəsində ölənlərin sayı açıqlandı
19:41 / 26.01.2022
917
2021-ci il ərzində Azərbaycan ərazisində 15 247 təbii və texnogen mənşəli hadisə baş verib.
Bu barədə Sfera.az-a Fövqəladə Hallar Nazirliyindən bildirilib.
Məlumata görə, bu da 2020-ci il ilə müqayisədə 467 hadisə və ya 3% çoxdur. Baş vermiş təbii və texnogen mənşəli hadisələr nəticəsində 55 nəfər həlak olub, 206 nəfər xəsarət alıb. Nazirliyin xilasediciləri tərəfindən 51 nəfər xilas edilib, 821 nəfər təxliyə olunub.