No Image
No Image

Təbii fəlakətlər 410 min insanın həyatına son qoydu

Təbii fəlakətlər 410 min insanın həyatına son qoydu
Ötən 10 il ərzində dünyada iqlim dəyişikliyi ilə bağlı təbii kataklizmlər və fəlakətlər 410 mindən çox insanın həyatına son qoyub.
 
Sfera.az xəbər verir ki, bu barədə BMT-nin Baş katibi Antoniu Quterriş İqlim Dəyişikliyinə Adaptasiya üzrə Sammitdə çıxış edərkən deyib. Onun sözlərinə görə, dünya misli görünməmiş ekstremal iqlim təzahürlərinə şahidlik edir.

"Dünya Meteorologiya Təşkilatının məlumatına əsasən, son 50 il ərzində hava, iqlim və su faktorları ilə bağlı 11 mindən çox təbii fəlakət baş verib”, - deyə Antoniu Quterriş bildirib.

BMT-nin Baş katibi həmin illər ərzində təbii fəlakətlərin aradan qaldırılması üzrə tədbirlərə 3,6 trilyon dollar vəsait xərcləndiyini vurğulayaraq deyib: "Ekstremal hava və iqlim şəraiti ilə bağlı fəlakətlər son on illər ərzində 410 mindən çox insanın həyatına son qoyub. Həlak olanların böyük əksəriyyəti aşağı və orta gəlir səviyyəsi olan ölkələrin payına düşür”.

Antoniu Quterriş, həmçinin "ehtiyacımız olan aşağı karbonlu və yüksək dayanıqlı gələcəyə təkan vermək” məqsədilə dünyanın COVID-19 pandemiyasından bərpa olunmasının maliyyələşməsi üçün trilyonlara ehtiyac olduğunu bildirib.

Turan Bank

OXŞAR XƏBƏRLƏR

ABŞ sanksiyaların ikinci dalğasını anons etdi – Kremldən həyəcanlı REAKSİYA

"Moskvanın kimyəvi silaha sahibliyi ilə əlaqədar ittiham olunması əsassızdır və heç bir fakta söykənmir”.   Sfera.az xəbər verir ki, bunu Rusiya pr...

Ermənistan “Eurovision”da iştirakdan imtina etdi

Ermənistan may ayında keçiriləcək "Eurovision” mahnı müsabiqəsindən çəkildiyini açıqlayıb.  Sfera.az xəbər verir ki, bu barədə ölkənin dövlət kanalı ...

Suriyanın şimalında 5 PKK-çı zərərsizləşdirildi

Türkiyə ordusunun xüsusi təyinatlı qüvvələri Suriyanın şimalındakı "Fərat Qalxanı” əməliyyatı bölgəsinə sızmağa çalışan PKK terror təşkilatının Suriya qanadı ol...

ÜST pandemiyanın bitəcəyi vaxtı AÇIQLADI

Koronavirus pandemiyası bütün 2021-ci il boyunca davam edəcək. Sfera.az xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa regional bürosunu...

Türkiyəni yasa boğan faciələrin baş vermə səbəbi MƏLUM OLDU

Ötən gün Türkiyə Silahlı Qüvvələri ardıcıl faciə xəbərlərinə qərq oldu. Qardaş ölkədə eyni gündə bir hərbi helikopter və bir hərbi avtomobilin qəzası nəti...

Tramp okean sahilindəki malikanənisini 49 milyon dollara satır

ABŞ-ın keçmiş prezidenti Donald Trampın adına qeydiyyatdan keçmiş şirkət Florida ştatında okean sahilində 49 milyon dollar dəyərində olan malikanəni satışa...