TƏBİB “Pişikdən qorxubsa, “bismillah” desin” sözünə görə, tibb bacısını cəzalandırdı

TƏBİB “Pişikdən qorxubsa, “bismillah” desin” sözünə görə, tibb bacısını cəzalandırdı
Ötən gündən sosial şəbəkələrdə Təcili Tibbi Yardım stansiyasında çalışan operatorla vətəndaş arasında olduğu iddia edilən səs yazısı yayılıb. 

Səs yazısında vətəndaş pişikdən qorxduğu üçün ürəyi tutan qayınanasına təcili yardım əməkdaşının laqeyd yanaşdığını bildirir və ona "bismillah” deyərək yatmasını məsləhət görür. Daha sonra isə təcili yardım stansiyaya zəng edən qadının kürəkəni onlara bu şəkildə cavab verən operatorun kimliyini soruşur. Bu zaman zəngə cavab verən digər operator stansiyada 5-6 əməkdaşın olduğunu və kimin onlara cavab verdiyi haqda məlumatsız olduğunu qeyd edir. Həmin şəxs pişiyə görə ürəyi tutan şəxsə görə təcili yardımın çağırılmasının düzgün olmadığını deyir və özündən əvvəlki həmkarına haqq qazandırır. Bu zaman vətəndaşla sözügedən operator arasında mübahisə yaranır. 

Təcili Tibbi Yardım işçisinin ürəyi tutan vətəndaşa laqeyd münasibəti tənqid obyektinə çevrilib. 

Sfera.az xəbər verir ki, "Qafqazinfo” məsələ ilə bağlı Bakı şəhəri Təcili Tibbi Yardım Stansiyasına müraciət edib. Stansiyadan bildirilib ki, onların bölmələrinə belə bir çağırış daxil olmayıb: "Ümumiyyətlə isə bizim stansiyalarda 5 yox, 15-ə yaxın operator çalışır”.

Məsələ ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə də sorğu ünvanlanıb. Sorğuya cavab olaraq bildirilib ki, sosial şəbəkələrdə vətəndaşın təcili tibbi yardıma müraciəti zamanı yaranan narazılığı ilə bağlı məsələ Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) tərəfindən dərhal araşdırılıb: "Abşeron Rayon Mərkəzi Xəstəxanasından TƏBİB-ə verilən məlumata görə, təcili tibbi yardıma çağırışla əlaqədar vətəndaşla nəzakətsiz davranış nümayiş etdirən xəstəxananın Təcili Tibbi Yardım şöbəsinin tibb bacısı Raifə İbrahimova xəstəxana rəhbərliyi tərəfindən qəbul edilib və onun izahatı alınıb. Tibb müəssisəsinin rəhbərliyi tərəfindən tibb bacısı barəsində intizam tənbehi tətbiq ediləcək".
 

OXŞAR XƏBƏRLƏR

Elmira Süleymanova VƏFAT ETDİ - YENİLƏNDİ

Azərbaycanın ilk ombudsmanı Elmira Süleymanova dəfn olunub.   Sfera.az xəbər verir ki, mərhumə II Fəxri xiyabanda torpağa tapşırılıb.   **...

Alen Simonyan: "Ermənistan və Azərbaycanın bir-birinə qarşı ərazi iddiası yoxdur"

Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki, Ermənistan və Azərbaycanın bir-birinə qarşı ərazi iddiası yoxdur.   Sfera.az “Sputnik-Armenia&rd...

Azərbaycanda üçotaqlı evlər daha çoxdur – STATİSTİKA

2023-cü ilin məlumatına əsasən, Azərbaycanda mövcud olan evlərin bir sakinə düşən ümumi sahəsi 19,5 kvadrat metr, yaşayış sahəsi isə 14 kvadrat metr olub. ...

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində OLDULAR - FOTO - YENİLƏNDİ

Aprelin 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Ağdam şəhərində olublar.   Sfera....

"TikTok"a məhdudiyyət qoyulmalıdırmı? - Azərbaycanda SORĞU

Sosisal Tədqiqatlar Mərkəzi (STM) tərəfindən keçirilən növbəti sorğularda "TikTok" media platformasına məhdudiyyətlərin tətbiqi barədə ictimai mövqe ö...

Rusiya XİN: "Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik"

Rusiya Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası ilə bağlı bütün səylərini dəstəkləyir.   Sfera.az xəbər verir ki, bunu Rusiya Xarici İşl...