TƏBİB: Kritik günlər davam edir

TƏBİB: Kritik günlər davam edir
Əvvəl Azərbaycanda COVİD-19-a görə gündəlik edilən test sayının təxminən 10 faizi pozitiv olurdusa, indi bu say daha da artıb. Bu da onu göstərir ki, COVİD-19-a yoluxma ilə bağlı kritik günlər hələ davam edir.

Sfera.az xəbər verir ki, bunu TƏBİB-in İnfeksiya xəstəlikləri üzrə işçi qrupunun rəhbəri Vasif Əliyev deyib.

Yoluxma sayındakı artımın yalnız Azərbaycanda deyil, bütün dünyada müşahidə edildiyini deyən V.Əliyevin sözlərinə görə, havaların soyuması yoluxmaların daha da artmasına səbəb olur. Bununla yanaşı, insanların qapalı məkanlardan daha çox istifadə etməsi təmas hallarını da artırır. Bu isə öz növbəsində yoluxma sayının yüksəlməsinə səbəb olur.

V.Əliyev bildirib ki, ictimai nəqliyyat da yoluxma üçün əsas mənbələrdən biridir. Buna görə də insanlar yaxın məsafədə olduqları zaman mütləq qaydada tibbi maskadan istifadə etməlidirlər:

"Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, bir çox insanlar maskadan düzgün istifadə etmirlər. Görünən odur ki, biz ancaq peyvənd barədə düşünürük. Yalnız maskanı düzgün taxmaq və ara məsafəni qorumaqla yoluxmanın qarşısını ala bilərik. Parça maskaların qoruyuculuq qabiliyyəti yoxdur və onlar virusu keçirə bilir. Yalnız tibbi maskalardan istifadə düzgündür”.

OXŞAR XƏBƏRLƏR

Daha bir deputat koronavirusa yoluxdu

Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının sədri, deputat Tural Gəncəliyev koronavirusa yoluxub. Sfera.az-ın əldə etdiy...

Professor xəbərdarlıq etdi: "Bu yaşlarda olanlar ətrafa ölüm saçırlar”

"Xəstəliyin əsas daşıyıcıları 20 yaşına kimi olanlardır:”. Sfera.az xəbər verir ki, bu fikirləri Vəli Axundov adına Elmi Tədqiqat Tibbi Profilaktika İnsti...

Koronavirusa təkrar yoluxma ilə bağlı XƏBƏRDARLIQ

"Ötən ilin sonundan Çində ortaya çıxan yeni növ koronavirus bütün dünyada yayılaraq pandemiyaya çevrildi. Xəstəliyə qarşı mübarizə artıq bir-iki ölkənin deyil, ...

Azərbaycanda koronavirusla bağlı son vəziyyət açıqlanır - CANLI YAYIM

Nazirlər Kabineti yanında operativ qərargahın KİV nümayəndələri üçün növbəti brifinqi keçirilir.   Sfera.az-ın məlumatına görə, mətbuat konfransında Vəli...

ABŞ-da son sutkada 170 mindən çox insan koronavirusa yoluxdu

ABŞ-da son sutka ərzində 170,612 nəfər koronavirusa yoluxub. Bununla da ümumi yoluxanların sayı 13,923,758 nəfər təşkil edib. Sfera.az xarici xəbər verir ...

Rusiyada peyvənd edilən 20 nəfər koronavirusa yoluxdu

Rusiyada COVID-19 pandemiyasına qarşı "Sputnik V” peyvəndinin sınaqlarında ilk dozanı qəbul edən 20 nəfər koronavirus infeksiyasına yoluxub. Sfera.az xəbə...