TƏBİB koronavirusla bağlı bu günə olan vəziyyəti açıqlayıb — STATİSTİKA
23:30 / 08.05.2020
8793
Bu gün Azərbaycanda 5620 koronavirus testi keçirilib.
Sfera.az xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) məlumat yayıb.
Məlumata əsasən, ümumilikdə 181 530 nəfər COVID-19 testindən keçib. Reanimasiyada olan xəstə sayı 24, süni tənəffüs cihazında olan xəstə sayı 11-dir.
Qeyd edək ki, ölkədə virusa yoluxanların sayı 2279, virusdan ölənlər 28, sağalan xəstə sayı 1576, aktiv xəstələrin sayı isə 675 nəfərdir.