TƏBİB Britaniya ştammı ilə bağlı əhaliyə ÇAĞIRIŞ ETDİ

TƏBİB  Britaniya ştammı ilə bağlı əhaliyə ÇAĞIRIŞ ETDİ
"Dünyanın 110 ölkəsində COVID-19-un mutasiyaya uğrayan yeni ştammı aşkar edilib və artıq bir neçə halda Azərbaycanda da Britaniya ştammı təsdiqlənib”.

Sfera.az xəbər verir ki, bunu  açıqlamasında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyəti yanında Tibbi-elmi komitənin sədri Akif Qurbanov deyib.

O qeyd edib ki, yeni ştammın əsas fərqi daha yoluxucu olmasıdır: "Virusun başqa xüsusiyyətlərində - istər öldürücülük, istərsə də xəstəlik törədici qabiliyyətində elə bir fərq aşkar edilməyib. Mahiyyətcə COVID-19-dur, sadəcə dəyişikliyə uğrayıb”.

TƏBİB rəsmisi bildirib ki, ölkədə istifadə edilən vaksin ştammların törətdiyi xəstəliyi yüksək effektivliyi ilə müalicə edəcək: "Yeni ştammın törətdiyi xəstəliyin əlamətləri əvvəlkilərdən fərqlənmir. Hər kəs bilməlidir ki, virusun törətdiyi xəstəliyin öldürücülük, xəstəliyin ağırlığı nöqteyi-nəzərdən əvvəlki ştammlardan fərqlənmir. Qorunma tədbirlərinə ciddi əməl edilməlidir. İki aydır ölkədə vaksinasiya tədbirlərinə start verilib və yarım milyondan çox insan peyvənd vurdurub, onlarda immunitet yaranıb. Bundan sonra da vaksinasiya işləri davam edəcək. Əgər əhalinin müəyyən bir qismində yaxın müddətdə immunitet yarada bilsək pandemiya bizim üçün əvvəlki kimi təhlükəli olmayacaq”.

A.Qurbanov əlavə edib ki, yeni ştammların törətdiyi xəstəliyin müalicəsi əvvəlki ilə eynidir: "Heç bir dəyişiklik yoxdur. Qorunma tədbirləri də eynidir. Sürətlə yayılmaya görə qorunma tədbirlərinə ciddi yanaşmaq lazımdır. Çünki yoluxma nə qədər sürətlə yayılsa xəstəlik də bir o qədər çox olacaq. Həkimlərin heç bir əlavə təlim keçməsinə ehtiyac yoxdur. Müalicə üsulları eyni olaraq qalır. Əvvəlki virusdan sadəcə daha yoluxucudur. Ona görə də qoyulan qaydalara ciddi əməl etmək lazımdır. Tibbi maskadan istifadə, əl gigiyenası, sosial məsafə, sıxlıq olan yerlərdən uzaq durmaq, lüzumsuz təmaslardan çəkinmək lazımdır. Bizi bir qədər sakitləşdirən bir şey var ki, əhalinin müəyyən qismi peyvənd vasitəsilə immunitet qazanıblar. Bütün insanlara tövsiyə edirəm ki, vaksin vurdursunlar. Çünki peyvənddən başqa qoruyucu vasitəmiz yoxdur”.
 
(report)


OXŞAR XƏBƏRLƏR

Medianın İnkişafı Agentliyi jurnalistlərə ÇAĞIRIŞ ETDİ

Ermənistanın və bir sıra digər xarici ölkələrin media resurslarında Azərbaycan ərazisindən üçüncü dövlətə qarşı hərbi məqsədlərlə istifadə edilməsi haqqında mən...

TƏBİB-dən Cavanşir Məmmədovun ölümü ilə bağlı AÇIQLAMA: "Həkiməqədər..."

"Əməkdar artist Cavanşir Məmmədovla bağlı bu gün saat 12:03-də Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış daxil olub".  ...

Rusiya kvotanı artırdı – Daha çox taxıl ixrac ediləcək

Rusiya hökuməti taxıl məhsullarının ixracı üçün müəyyənləşdirdiyi kvotanı artırıb.  Sfera.az xəbər verir ki, bununla bağlı qərarı Nazirlər Kabineti qə...

“Anlamaq olmur ki, Qərb nə istəyir? ” – VİDEO

“Əslində Rusiya sülhməramlıların Qarabağa gəlişi də, gedişi də dünyada diskusiyalara səbəb olmuşdu. Burada qeyri-adi heç nə yoxdur. Çünki burada söz sahib...

Cavanşir Məmmədov VƏFAT ETDİ

Əməkdar artist Cavanşir Məmmədov dünyasını dəyişib.   Sfera.az-ın  Axşam.az-a istinadən məlumatına görə, müğənni bu gün 70 yaşında qəfil ür...

Beynəlxalq axtarışda olan daha bir şəxs Azərbaycana ekstradisiya EDİLDİ

Azərbaycan vətəndaşı Nəzərov Mais Fəxrəddin oğlunun ekstradisiyası haqqında Baş Prokurorluğun vəsatəti Qazaxıstanın Baş Prokurorluğu tərəfindən təmin edilib. ...