Teatrlar, kinoteatrlar niyə açılmır? - Etiraz

Teatrlar, kinoteatrlar niyə açılmır? - Etiraz
"Son iki ildə pandemiya səbəbindən karantin qaydaları, məhdudiyyətlərin tətbiq edilməsi kinoteatr və teatrlarla bağlı prosesi sona yaxınlaşdırdı”.

Bunu Sfera.az-a açıqlamasında Vətəndaş Cəmiyyəti Alyansının rəhbəri, Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, analitik-ekspert, yazıçı-kulturoloq Aydın Xan Əbilov deyib.

O bildirib ki,  bundan öncə televiziya və radionun inkişafı, kino sənətinin geniş vüsət tapması teatr sahəsinə mənfi təsir edib:

"20-ci əsrin sonu, 21-ci əsrin əvvəllərindən etibarən isə daha yeni kütləvi informasiya vasitələri – internet, veb-saytlar, portallar, sosial şəbəkələr, video paylaşım platformaları insanları kütləvi estetik məkandan uzaq saldı. Getdikcə Azərbaycanda bütövlükdə xalq teatrları iflasa uğradı, böyük əksəriyyəti bağlandı. Kinoteatrlar ya satıldı, ya sökülərək yerində çoxmərtəbəli binalar tikildi, ticarət mərkəzləri salındı və.s. Teatrlar, kinoteatrlar, ümumiyyətlə kütləvi sənət nümunələrinə canlı baxışlar, seanslar demək olar ki, azalmağa başladı. Tamaşaçı olmayanda əlbəttə ki, bu sənət kreativ biznes sahəsi olaraq ölməyə məhkum idi.
 
Operativ Qərargahın sonuncu brifinqindən öncə, təklif etmişdik ki, müəyyən məsafələr saxlamaq, havalandırma və tibbi maskalardan istifadə etmək şərtilə teatrlar, kinoteatrların fəaliyyətinə icazə verilsin. Ola bilsin ki, Akademik Dram, Opera və Balet,  Musiqili Komediya teatrında – yəni, qapalı məkanlarda bu mümkün olmasın. Amma Azərbaycanda kifayət qədər açıq havada kinoteatrlar üçün imkanlar var. Məsələn, Yaşıl teatrda bu mümkündür və ya Milli Parkda bir neçə yerdə şərait var ki, axşam seansları göstərilsin. Operativ Qərargah buna niyə icazə vermir, başa düşmürük”.

Müsahibimiz qeyd edib ki, artıq COVİD pasportları müəyyənləşdirilib və kimin vaksin edilib-edilməməsi bəllidir:

"Teatrların hər birinə yoxlama aparatı qoymaq elə də çətin iş deyil. Eyni zamanda təklif etmişdik ki, postpandemiya dövründə həm kinoteatrlar, həm teatrlar öz funksiyasını, iş prinsipini dəyişsinlər. Niyə də teatr və kinoteatrlarda qarışıq olaraq gündüzlər kino, axşamlar teatrlar nümayiş etdirilməsin? Və ya əksinə, modern teatrları niyə kinoteatrlara buraxmayaq? Kinoteatrların nəzdində niyə xalq teatrları, studiyaları yaradılmasın? Bu tipli işlər görmək olar”.
 
Günay Rəsulqızı
 

OXŞAR XƏBƏRLƏR

Dünya bazarında neft nə üçün ucuzlaşır?

Dünyanın ən böyük neft idxalçısı olan Çinin iqtisadiyyatı ilə bağlı qeyri-müəyyənlik, eləcə də ABŞ-də ilkin faiz dərəcələrinin gözləniləndən yüksək səviyyədə da...

Almaniya bu şəhərlərə uçuşları qadağan etdi

Almaniya aprelin 30-dək İranın paytaxtı Tehran və Livanın paytaxtı Beyruta uçuşların ləğv edildiyini açıqlayıb.   Sfera.az xəbər verir ki, ...

Zelenskiyə sui-qəsd hazırlamaq istəyən şəxs saxlanıldı

Rusiya kəşfiyyatı ilə əməkdaşlıqda şübhəli bilinən və Prezident Volodimir Zelenskiyə sui-qəsd etmək istəyən yerli sakin Polşada saxlanılıb. Sfera.az xəbər ...

Azərbaycan boksçusu Avropa çempionatına qələbə ilə başladı

Azərbaycan boksçusu Malik Həsənov Serbiyanın paytaxtı Belqradda start götürən Avropa çempionatına qələbə ilə başlayıb.   Federasiyanın Mətbuat Xidmət...

Kriştiano Ronaldo kiçik qızını belə təbrik etdi - FOTO

39 yaşlı portuqaliyalı futbolçu Kriştianu Ronaldo qızı Bella Esmeraldanı 2 yaşını təbrik edib. Ronaldo 628 milyondan çox abunəçisi olan İnstaqram səhifəsin...

Yunanıstanın Baş naziri Ərdoğanla görüşəcək

Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşəcək.   Sfera.az xarici KİV-ə istinadən xəbər verir ki, bu...