Tbilisi aeroportu Bakıya reyslərlə bağlı məlumat yaydı
19:00 / 02.03.2021
1714
Bakı-Tbilisi-Bakı istiqaməti üzə reyslər martın 21-dən yerinə yetiriləcək.
Sfera.az xəbər verir ki, bu barədə Tbilisi beynəlxalq hava limanından bildirilib.
Məlumata əsasən, oktyabrın 30-dək AZAL aviaşirkəti həftədə 4 dəfə - çərşənbə axşamı, cümə, şənbə və bazar günləri uçuşlar həyata keçirəcək.
Qeyd edək ki, ötən gün "Buta Airways" şirkətindən Tbilisiyə və əks istiqamətdə xüsusi reyslərin martın 19-dan həftədə 3 dəfə həyata keçiriləcəyi bildirilib.