Taxtanın qiyməti hər ay rekord qırır – Bahalaşma 40 faizi ötdü

Taxtanın qiyməti hər ay rekord qırır – Bahalaşma 40 faizi ötdü
Artıq bir ildir ki, hər ay Azərbaycanda taxtanın qiymətində rekord göstərici qeydə alınır. Davamlı bahalaşma hesabına ötən ay kəsilmiş taxtanın bir kub metrinin qiyməti orta hesabla 435 manatı ötüb. 

Sfera.az xatırladır ki, bir il əvvəl Azərbaycanda taxtanın qiyməti 311 manat idi. Ötən 12 ay ərzində taxtanın bir kub metrinin qiyməti 124 manat və ya 40 faiz artıb. Taxtanın bahalaşması taxtadan hazırlanan inşaat materiallarının və mebellərin bahalaşmasına da səbəb olur. 

İnşaat materiallarından ağaс-yonqar lövhənin (DSP) 1 kvadrat metrinin qiyməti orta hesabla 10,7 manata yüksəlib. Bir il əvvəl ağaс-yonqar lövhə 8,7 manata satılırdı. Ağaс-yonqar lövhənin kvadrat metri 2 manat, yəni 23 faiz bahalaşıb. Ağaс-lifli lövhənin (dikt) qiyməti bu ilin avqustunda 12 manatı ötüb. Bu tikinti materialı ötən ilin avqustunda 10 manata satılırdı. Ağaс-lifli lövhənin qiyməti də 2 manat (20 faiz) artıb. 

Parketin bir kvadratının orta dəyəri 23 manata yüksəlib. Ötən ilin avqustunda parketin qiyməti 21,4 manat idi. Bir il ərzində parket 7,5 faiz bahalaşıb. 
Laminat parketinin qiyməti 15,6 manatı ötüb. Bu il laminat parket 0,7 manat və ya 4,7 faiz bahalaşıb.

Taxtanın dəyərinin nəzərəçarpacaq dərəcədə artması taxtadan hazırlanan mebellərin də qiymətinə təsir göstərib. 

Mətbəx mebelinin 1 paqon metrinin orta qiyməti 305 manatı ötüb. Əvvəlki ilin avqustundə mətbəx mebeli 280 manata satılırdı. Müqayisə göstərir ki, bu il mətbəx mebelinin dəyəri 35 manat, yəni 12,5 faiz artıb.

Mətbəx üçün masa və kətil (dəst) 261 manatdan 271 manata, yataq mebeli 1264 manatdan 1295 manata, çarpayı 194 manatdan 217 manata, servant 514 manatdan 528 manata, oturacaq dəstə 377 manatdan 383 manata, yumşaq mebel dəsti 647 manatdan 673 manata, dəhliz üçün mebel 276 manatdan 288 manata qədər bahalaşıb. 

Azərbaycanda taxtanın və ondan hazırlanan məhsulların bahalaşması gözlənilirdi. Çünki bu ilin may ayına qədər dünyada taxtanın dəyəri bütün dövrlərin ən yüksək səviyyəsinə yüksəldi. Mayda qiymətlərin maksimum həddə çatmasını biz indi hiss edirik. 

Digər tərəfdən Rusiya taxtanın xammal kimi ixracını çətinləşdirmək üçün gömrük rüsumlarını artırıb. Rusiya istəyir ki, ölkədən xaricə xammal yox, daha çox taxtadan istehsal edilən emal məhsulları satılsın. Bu da Rusiyadan idxal edilən taxtanın bahalaşması ilə nəticələnib. 

Sadalanan amillər Azərbaycanda taxtanın və ondan hazırlanan məhsulların bahalaşmasına səbəb olub. 

Vasif
Sfera.az


OXŞAR XƏBƏRLƏR

ABB-nin ATM-lərində YENİLİK!

Ölkəmizin ən böyük xidmət şəbəkəsinə malik banklarından olan ABB öz ATM-lərində yeni proqram təminatının tətbiqinə başlayıb. Bu yenilik ATM-lər vasitəsilə bank ...

"Ermənilərə həmişə türk kömək edib, sülh müqaviləsi bağlanacaq" - Deputat

“2023-cü il dövlət səviyyəsində Heydər Əliyev ili idi. Dünən Moskvada dövlət başçılarının görüşündə Baykal-Amur magistralında rolundan danışıldı, bu da He...

Sosial yardımlar nə vaxt veriləcək? - RƏSMİ AÇIQLAMA

Dövlət Sosial Müdafiə Fondu tərəfindən aprelin 25-də bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımlarının ödənilməsi nəzərdə tutulub. ...

Siyavuş Novruzov Əli Kərimlini debata ÇAĞIRDI: "Tiktokerlik etməkdənsə, gəlsin..."

“Azərbaycanın atdığı hər addım beynəlxalq hüquq standartlarına uyğundur”.    Sfera.az xəbər verir ki, bunu Milli Məclisin ...

Məhkəmə Əvəz Zeynallının apellyasiya şikayətini TƏMİN ETMƏDİ

Bakı Apellyasiya Məhkəməsi Əvəz Zeynallının şikayətini təmin etməyib.   Sfera.az xəbər verir ki, bu barədə “Report”a onun həyat yold...

Ziya Hacılıya yeni VƏZİFƏ VERİLDİ - FOTO

Azərbaycan Respublikası Sahibkarlar Təşkilatları Milli Konfederasiyası prezidentinin müşaviri vəzifəsinə yeni təyinat olub.   Sfera.az xəbər verir ki...