Taxta bazarında yanğının söndürülməsinə dəmiryolçular da cəlb olunub - FOTOLAR

Taxta bazarında yanğının söndürülməsinə dəmiryolçular da cəlb olunub - FOTOLAR
Bakının Nərimanov rayonu ərazisində Baksol yolu yaxınlığında tikinti materialları bazarında yanğın baş verib.

"Azərbaycan Dəmir Yolları” QSC-sən Sfera.az-a verilən məlumata görə, yanğının söndürülməsi üçün Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən texnikaları cəlb olunub.

Yanğınsöndürən texnikaların fasiləsiz su ilə təchiz olunması üçün yanğın baş verən əraziyə "Azərbaycan Dəmir Yolları” QSC-nin Mühafizə İdarəsinin 2 çən vaqonu gətirilib. Eyni zamanda "ADY Konteyner” MMC-yə məxsus 160 tonluq su çənindən də istifadə olunur.
 


OXŞAR XƏBƏRLƏR