Taxıl sahəsini neçəyə sığortalamaq olar? - Zonalar üzrə məbləğlər açıqlanıb

Taxıl sahəsini neçəyə sığortalamaq olar? - Zonalar üzrə məbləğlər açıqlanıb
Aqrar Sığorta Fondu regionlar üzrə buğda və arpa sahələrinin yanğından, doludan və digər hadisələrdən sığortalanması üçün sığorta haqqını açıqlayıb.

Sfera.az bildirir ki, dövlət dəstəyi ilə tətbiq edilən aqrar sığorta mexanizmi vasitəsilə taxıl və digər əkinləri 50% dövlət güzəşti ilə sığortalamaq mümkündür. Bütün regionlarda sığorta haqqının yarısını fermer, digər yarısını dövlət ödəyir.

Aqrar sığorta tariflərinə əsasən 1 hektar taxıl (buğda-arpa) sahəsi üzrə sığorta haqqı regionlar üzrə fərqlənir. Ən aşağı sığorta haqqı Lənkəran, Abşeron və Quba-Xaçmaz regionunda, ən yüksəyi isə Gəncə-Qazax zonasındadır. Fermer Lənkəran və Abşeron zonasında bir hektar taxıl sahəsini sığortalamaq üçün 7 manat sığorta haqqı ödənilməlidir. Gəncə-Qazax zonasında sığorta üçün 24-25 manat tələb olunur.
 
Digər zonalardan Aran rayonlarında 8 manat, Qarabağda 10 manat, Dağlıq Şirvan bölgəsində 11-12 manat, Şəki-Zaqatalada 16-17 manat sığorta haqqı müəyyənləşdirilib.
 
Hər bir fermer və iş adamları öz əkin sahələri üzrə sığorta haqqının məbləğini Aqrar Sığorta Fondunun rəsmi internet səhifəsində yerləşdirilmiş "Bitkiçilik kalkulyatoru” vasitəsilə sərbəst şəkildə hesablaya bilərlər.

Bütün hallarda fermer sığorta haqqının yalnız 50%-i ödəyəcək.
 
Vasif
 
 
 

OXŞAR XƏBƏRLƏR

""Kömək elə" sözünü eşitdik, getdik, gördük ki..." - Qətlə yetirilən ər və arvadın qonşusu

"Biz neçə ildir burada qonşuyuq. Onlar çox mehriban insanlardır. Oğlan da sakit uşaqdır. Birdən-birə niyə belə oldu bilmirik. Biz də birdən "kömək elə...

“ASAN xidmət” BMT ilə yeni layihəyə BAŞLAYIR - FOTO

Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi (“ASAN xidmət”) BMT ilə yeni layihəyə başlayır. &...

BDU-nun tələbəsi VƏFAT ETDİ - FOTO

Xırdalanda 21 yaşlı oğlanın evdə asılmış meyiti aşkarlanıb.   Sfera.az xəbər verir ki, hadisə Xırdalandakı yaşayış kompleksində qeydə alınıb. 2003-ci...

Türkiyənin Azərbaycandakı səfirliyinin yeni mətbuat müşaviri vəzifəsinin icrasına BAŞLADI

  Türkiyənin Azərbaycandakı səfirliyinin yeni mətbuat müşaviri Alptekin Cihangir İşbilir Bakıya gəlib.    Sfera.az-ın xəbərinə görə, tür...

Dünyanın ən xoşbəxt insanlarının yaşadığı Şərq ölkəsi: Hətta Xoşbəxtlik Nazirliyi də var

Hindistan və Çin arasında yerləşən bu əsrarəngiz və mənzərəli ölkə 1974-cü ilə qədər turistlər üçün bağlı olub. Bu gün tələb olunan çoxsaylı rəsmiləşdirmələrdən...

Həyat uğrunda mübarizə aparmaq əvəzinə Evtanaziyanı seçmək

Həyat həmişə xoş sürprizlərdən ibarət olmur. Ağrı, kədər, hətta ölüm də yaşadığımız bu həyatın bir hissəsidir.   Sağlam olduğumuz müddətcə, hər şeyin...