Taxıl istehsalında məhsuldarlığı artırmaq bu il də mümkün olmayacaq

Taxıl istehsalında məhsuldarlığı artırmaq bu il də mümkün olmayacaq
Taxıl sahələrində biçin işlərinə başlanılıb. İlkin nəticələr göstərir ki, 2021-ci ildə də taxıl istehsalında məhsuldarlığı artırmaq mümkün olmayacaq. İyunun 8-dək Azərbaycanda taxıl sahələrinin 11,4 faizində biçin başa çatıb.
 
Ümumilikdə 115 512 hektar sahədə biçin aparılıb, sahələrdən 337 600 ton məhsul yığılıb. Biçin aparılan sahələrdə məhsuldarlıq hər hektara orta hesabla 29,2 sentner təşkil edib. 

Sfera.az bildirir ki, taxıl biçini aparılan sahələrin əksəriyyəti arpa sahələrindən ibarətdir. Buğda sahələrinin çox az hissəsində biçin işləri görülüb. Buna görə də taxılda orta məhsuldarlığın qarşıdakı aylarda bir qədər artması ehtimalı yüksəkdir. Amma ümid edildiyi kimi daha böyük məhsuldarlığa nail olmaq bu il də mümkün olmayacaq. Ən yaxşı halda məhsuldarlığın taxılda 32-33 sentner, buğdada 33 sentner olması proqnozlaşdırılır. 

Xatırladaq ki, Azərbaycan 2015-ci ildən sonra taxıl istehsalında məhsuldarlığı artıra bilmir. Həmin ildən başlayaraq məhsuldarlıq 30-32 sentner arasında dəyişir. Daha əvvəlki illərdə isə məhsuldarlıq aşağı olub. Məhsuldarlıq 1995-ci ildə 15 sentner, 2000-ci ildə 24 sentner, 2005-ci ildə 26,5 sentner, 2012-ci ildə 27,2 sentner idi. 

Taxıl məhsulları arasında ən yüksək məhsuldarlıq payızlıq buğdada qeydə alınır. Buğdada məhsuldarlıq 30-32 sentner, arpada 27-29 sentner təşkil edir. 
Azərbaycanda taxıl əkilən sahələrin (1,07 milyon hektar) 60-65 faizi buğda əkini sahələrindən ibarət olur.  

Vasif
Sfera.az


OXŞAR XƏBƏRLƏR

Arzu etdiyi maşına görə avtosalonda barrikada qurdu

Argentinada bir kişi qeyri-adi piket keçirib.    Sfera.az bildirir ki, Abelardo Usandivaras adlı şəxs bir gün əvvəl beh verdiyi maşının ona veri...

Meymunun turistlərlə çəkdirdiyi selfi gündəm oldu - FOTO

İngilis turistlər Chloe və Craig Dennis İndoneziyanın Bali adasında tətildə olarkən rastlaşdıqları meymunun hərəkətindən şoka düşüblər.   Sfera.az bi...

Ağır xəstə olan Selin Dion çılpaq poza verdi - FOTO

Əzələ sərtliyi sindromu diaqnozu qoyulan Selin Dion səhnəyə qayıtmaq ümidini itirmir. 56 yaşlı kanadalı müğənni xəstəlik diaqnozu qoyulduqdan sonra ilk dəfə çək...

Qadının yaşına lağ etdi: Xəstəxanalıq oldu

Mançesterdə (Böyük Britaniya) 39 yaşlı Emmi Dodd gecə klublarının birində kişiyə hücum etdiyi üçün şərti cəza alıb. Hadisə ötən il sentyabrın 9-da baş versə də,...

Kanye Uest öz fantaziyası ilə ictimaiyyəti ŞOKA SALDI

Daim çıxışları və hərəkətləri ilə hər kəsi şoka salan reper Kanye Uestin adı bu dəfə növbəti qalmaqala qarışıb. Hələ bu yaxınlarda əkiz qardaşlarla davanın skan...

Bu halda saçınızın tökülməsi normal sayılmır - Ekspertdən keçəlliklə bağlı TEST

Həyatın müəyyən dövrlərində hər kəs həddindən artıq saç tökülməsi ilə qarşılaşa bilər.   Sfera.az bildirir ki, rusiyalı həkim Tatyana Şapovalenko tərəf...