Taxıl istehsalı kəskin şəkildə azalıb, yenidən idxal məhsuluna tələb artıb - ŞƏRH

Taxıl istehsalı kəskin şəkildə azalıb, yenidən idxal məhsuluna tələb artıb - ŞƏRH

2020-ci ilin sentyabrın 1-nə olan məlumata əsasən, Azərbaycanda taxıl istehsalı (qarğıdalısız) ötən ilin eyni dövrü ilə müqayisədə 9,7 faiz az olub. Qeyd edilən tarixə qədər 949,6 min hektar taxıl sahəsi biçilib və 2,915 milyon ton məhsul yığılıb. Biçilən sahə ümumi əkin sahəsinin 98,1 faizini təşkil edib və orta məhsuldarlıq 30,7 sentner olub.


2019-cu ilin sentyabrın 1-nə qədər 1 milyon 31,5 min hektar sahədə biçin işi aparılıb və sahələrdən 3,229 milyon ton taxıl yığılıb. Ötən il biçilən sahələrdə orta məhsuldarlıq 31,3 sentner təşkil edib.

 

Taxıl istehsalının 10 faizə yaxın azalması kənd təsərrüfatının məhsul istehsalına mənfi təsir göstərib. 2019-cu ilin ilk 8 ayında kənd təsərrüfatı üzrə istehsal 6,2 faiz, o cümlədən heyvandarlıq məhsullarının istehsalı 3,1 faiz, bitkiçilik məhsullarının istehsalı 9,2 faiz artdığı halda, bu ilin eyni dövründə kənd təsərrüfatı üzrə istehsal 1,9 faiz, heyvandarlıq məhsulları üzrə 3,2 faiz, bitkiçilik məhsullarından 0,6 faiz artıb.

 

Bitkiçilikdə az da olsa artımın əldə edilməsinə tərəvəz istehsalının 4,5 faiz, kartof istehsalının 7,6 faiz, bostan məhsulları istehsalının 0,9 faiz, meyvə və giləmeyvə istehsalının 4,1 faiz, üzüm istehsalının 12,4 faiz, yaşıl çay yarpağı istehsalının 30,7 faiz, şәkәr çuğunduru istehsalının 12,2 faiz, tütün istehsalının 6,4 faiz artması kömək edib.


Taxıl istehsalında baş verən kəskin azalmanın səbəblərini Sfera.az saytına şərh edən "İqtisadi Forum” ekspert qrupunun üzvü, aqrar sahə üzrə mütəxəsis Vahid Məhərrəmov bildirdi ki, Azərbaycanda bu il taxıl məhsullarından buğda istehsalı daha çox azaldıb.

 

"Mənim apardığım hesablamalar göstərdi ki, indiyə qədər 1,8 milyon tondan bir qədər artıq buğda istehsal edilib. Ötən il eyni dövründə istehsal 2,2 milyon ton olmuşdu. Bu, çox ciddi geriləmədir”, - deyən ekspert söylədi ki, istehsal azalanda tələbatın ödənilməsi üçün idxal artacaq. O artıq bunun baş verdiyini dedi: "2019-cu ilin birinci yarısı ilə müqayisədə bu ilin birinci yarısında buğda idxalı az olmuşdu. Son 1 ayda isə 254 min ton buğda idxal edilib. Bir ayda bu qədər idxal miqdarı əvvəlki illərdə qeydə alınmayıb. Yəqin ki, növbəti aylarda da buğda idxalı artacaq və ilin axırında ümumi idxal 1,5 milyon tonu ötəcək. Ötən il 1,58 milyon ton buğda idxal edilmişdi. 2020-ci ildə də təxminən bir o qədər buğda idxal edəcəyik”.


Ekspertun məlumatına əsasən, bu il taxıl əkilən sahələrinin süni şəkildə azaldılması müşahidə edilib: "Əvvəl, ümumi taxıl əkilən sahələri 1,01 milyon hektar göstərmişdilər. Sonra təxminən 70 min hektara qədər sahədə məhsul istehsal etmək mümkün olmadı. Həmin sahələrdə əkin aparılmışdı, amma məhsul əldə edilmədi. Bunlar da fənd işlədib, həmin ərazini ümumi hesabdan çıxarıblar ki, məhsuldarlıq yüksək görünsün.

 

Bununla əslində qanun pozulub. Ona görə ki, həmin sahələri sığorta şirkətləri sığortalayıb. Həmin sahələr oliqarxlara məxsus olan sahələr idi. Sığorta şirkətləri həmin əkin sahələrinə görə vəsait ödəməlidir. Əgər bu da rəsmi statistikada yoxdursa, burada bir paradoks yaranır. Belə olan halda sığorta ödənilməməlidir.

 

Bu variantdan sovet ittifaqının dövründə istifadə edirdilər. Sovet ittifaqı dövründə əvvəl əkin sahələrində müşahidələr aparırdılar. Məhsuldarlıq kəskin şəkildə aşağı olan sahələr hesabatdan çıxarılırdı. Burada məqsəd məhsuldarlığı yüksək göstərmək idi.

 

Müasir dövrdə belə bir təcrübədən istifadə etmək qanuna ziddir. Xərc çəkilib, əkin işləri aparılıb. Ölkə üzrə məhsulun maya dəyəri hesablananda həmin sahələrdəki çəkilən xərc ortaya çıxacaq. Hesab edirəm ki, bununla qanun pozuntusuna yol veriblər”.


Həmin sahələrdə məhsul istehsalının əldə edilməməsinin quraqlıqla əlaqələndirildiyini deyən V.Məhərrəmov bu arqumentin əsassız olduğunu vurğuladı: "Bizim apardığımız hesablamalara əsasən, ölkədə kifayət qədər su resursu var. Sadəcə olaraq həmin sudan səmərəli istifadə olunmur.

 

Taxılda birinci su səpin aparıldıqdan sonra verilməlidir. Birinci su veriləndə, sonra suvarma aparılmasa da məhsul əldə edilir. Çünki payız aylarında havalar yağışlı keçir və torpağa lazım olan miqdarda yağıntı düşür. Buna görə də bir dəfə suvarmaqla sahədən məhsul götürmək mümkündür. Görünür, həmin sahələrdə bir dəfə də olsun suvarma işi aparılmayıb.

 

Məhsul əldə edilməyən sahələr əvvəllər örüş kimi istifadə edilən sahələr olub. Həmin sahələrdə hums qatı çox zəifdir. Biz əvvəlcədən bunlara xəbərdarlıq etmişdik. Hums qatı zəif olduqda məhsul lazımı qədər mikroelementlərlə təmin edilməyəcək, digər tərəfdən suvarma zamanı torpaq suyu özünə çəkə bilməyəcək. Bu, nəzərə alınmalı idi”.

 

 

Vasif

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Tokayev Qazaxıstanda elektron siqareti qadağan etdi

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev səhiyyə məsələləri ilə bağlı qanunvericilikdə veyplərin (elektron siqaretlərin) idxalı, istehsalı, satışı və reklam o...

Dubay aeroportu təyyarələrin qəbulunu 48 saatlıq məhdudlaşdırdı

Dünyanın ən böyük nəqliyyat mərkəzlərindən biri olan Dubay Beynəlxalq Hava Limanı aprelin 19-u saat 12:00-dan etibarən təyyarələrin qəbulunu 48 saatlıq məhdudla...

Bakı metrosunda yaşlı kişi stansiya yoluna düşdü

Bakı Metropoliteninin "Nərimanov" stansiyasında 65-70 yaşlarında kişi sərnişin ehtiyatsızlıq etdiyindən stansiya yoluna düşüb.   Bu barədə ...

Bu dəfə ən yüksək nəticəni onlar göstərdi - SİYAHI

Xəbər verdiyimiz kimi, ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə 2024-cü il martın 17-də keçirilən buraxılış imtahanının nəticələri elan olunub.  ...

Kim Çen Inn Putinin hədiyyəsi ilə görüntüləndi - FOTO

Şimali Koreya lideri Kim Çen In fevral ayında Rusiya prezidenti Vladimir Putinin ona hədiyyə etdiyi "Aurus" avtomobilini idarə edərkən görüntülənib. ...

Venesiya Biennalesində Azərbaycan pavilyonunun açılışı oldu - FOTO

Heydər Əliyev Fondunun təşkilatçılığı, Azərbaycan Mədəniyyət Nazirliyi və ölkəmizin İtaliyadakı Səfirliyinin dəstəyi ilə aprelin 19-da 60-cı Venesiya Biennalesi...