Tavada hazırlanan yumşaq tort - Usta öz sirlərini açır - VİDEO

Tavada hazırlanan yumşaq tort - Usta öz sirlərini açır - VİDEO
 

Sfera.az  lent.az-a istinadən bu dəfə sizi asan hazırlanan piroq resepti ilə tanış edir. 

Tərkibi:

Stəkan yarım un, 1 stəkan süd, 4 ədəd yumurta, 1 stəkan duru yağ, 1 çay qaşığı qabartma tozu, bir stəkan şəkər tozu, 2 xörək qaşığı 300 ml qaymaq, 200 qram krem pendir, 100 qram şəkər pudrası. Bəzək üçün badam, şokolad - zövqə görə.

Hazırlanması:

Qaba yumurtanı və şəkər tozunu əlavə edib çalırıq. İçərisinə duru yağ və süd əlavə edib qarışdırırıq. Unu, vanili və kakaonu töküb xəmir hazırlayırıq. Hazırladığımız xəmiri tavaya əlavə edib ağzını bağlayırıq və 3-4 dəqiqə ocaqda bişiririik. Hər listi bişirdikcə ayrı qoymaq lazımdır ki, bir-birinə bitişməsin. Sonra krem hazırlayırıq. Bunun üçün qaba krem pendiri və şəkər pudrasını əlavə edib qarışdırırıq. Digər qabda qaymağı yaxşıca çalıb pendirli qarışıma əlavə edirik və tortu hazırlayırıq. Tortun içini və kənarlarını kremlədikdən sonra üzərini bəzəyirik. Badam və şokoladla tortu bəzəyib süfrəyə veririk.




OXŞAR XƏBƏRLƏR