\"Tarqovu\"da hamının şəkil çəkdirdiyi meymun görün nə hala düşüb - FOTO
23:54 / 12.02.2020
6758
Ölkəmizin müxtəlif istirahət yerlərində əhilləşdirilmiş meymun cinslərinə rast gəlmək olur.
Bakının mərkəzi Nizami küçəsində də bu meymundan var. Meymunun sahibi şəkil çəkdirmək müqabilində şəhər sakinlərindən ödəniş alır.
Son günlər sosial şəbəkələrdə paylaşılan foto isə çox acınacaqlıdır. Belə ki həmin meymunun boğaz hissəsi şişib və heyvanın əziyyət çəkdiyi açıq-aşkar hiss olunur.
Heyvansevərlər bildirirlər ki, sahibini bu məsələ o qədər də maraqlandırmır, hələ də heyvandan pul qazanmaq üçün istifadə edir və müalicə etdirmək istəmir.Sonxeber.az