\"Tarqovı\"da saxlanılan pampersli quzu müəmması - Qanun nə deyir?

\
Xəbər verdiyimiz kimi ötən axşam sosial şəbəkələrdə iki nəfərin paytaxtın mərkəzində quzuya uşaq bezi taxaraq gəzdirməsi ilə bağlı videogörüntülər paylaşılıb. Bildirilib ki, ərazidə olan polis əməkdaşları onları Polis Bölməsinə aparıb və bunun qanuna zidd olduğunu bildirib. 
 
Müzakirələrə səbəb olan görüntülərə münasibət bildirən sosial şəbəkə istifadəçiləri isə it, meymun və s. gəzdirməyin problem olmadığını əsas gətirərək baş verənləri anlamaqda çətinlik çəkdiklərini yazıblar.

Maraqlıdır, qanunvericilikdə bununla bağlı müddəa varmı? 

Məsələ ilə bağlı vəkil Leyla Bədəlova Sfera.az-a açıqlama verib. O bildirib ki, bu istiqamətdə qanunvericilikdə hər hansı bir şey nəzərdə tutulmayıb:

"Bununla bağlı tənbeh tədbirləri də yoxdur. Lakin həmin şəxslərin ictimai qaydanı pozması əsasında protokol tərtib edilə bilər”.

Qeyd edək ki, DİN-in Mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov da məsələyə reaksiya verib. Qurum rəsmisi deyib ki, quzuya uşaq bezi taxaraq mərkəzi küçələrdə gəzdirən şəxslər ərazidə olan polis əməkdaşları tərəfindən saxlanılıb və Polis Bölməsinə dəvət edilib. Həmin şəxslərlə profilaktik söhbət aparılıb və sərbəst buraxılıb.

E.Zahidov bu addımın məhz insanların sıx toplaşmasının qarşısını almaq məqsədilə atıldığına diqqət çəkib:

"Pandemiya dövründə insanların sıx toplaşmağına səbəb olan hərəkətlər yolverilməzdir. Əlbəttə, şəhərin mərkəzində quzu gəzdirmək olmaz”.

Günay
Sfera.az

OXŞAR XƏBƏRLƏR