“Tarqovı”da biabırçılığın üstü açıldı – TƏFƏRRÜAT

“Tarqovı”da biabırçılığın üstü açıldı – TƏFƏRRÜAT
“Tarqovı”da
 
Bir neçə gün əvvəl “Bakıda turist qaraçını sürüdü” başlığı ilə mətbuatda dərc olunan və böyük rezonansa səbəb olan informasiya ilə bağlı yeni faktlar ortaya çıxıb. Həmin məlumatlar mediada yayıldıqdan sonra Bakı Şəhər Baş Polis İdarəsi müvafiq araşdırmalar aparıb. 

Araşdırmalarla bağlı idarədən Qafqazinfo-ya bildirilənə görə, qaraçı uşağı sürüyən heç də mətbuatda yazıldığı kimi turist yox, hər gün şəhərdə həmin ərazidə olan velosipedçi bir gənc olub:

“Baş vermiş hadisə ilə bağlı kamera qeydləri təhlil olunub. Məlum olub ki, həmin şəxs bir qrup gənclə ərazidə velosiped sürürmüş. Qaraçı uşaq ona yaxınlaşaraq velosipedden nəysə oğurlayıb. O, uşağı polisə aparmaq istəsə də qaraçı yerə oturub və getmək istəməyib. Ətrafdakı insanların müdaxiləsindən sonra o, uşağı sərbəst buraxıb. Dünən həmin ərazi nəzarətdə olub. Biz velosipedçini bütün hallarda axtarırıq ki, məsələni aydınlaşdıraq”.

İdarədən o da bildirilib ki, sözügedən xəbəri mediada yayan blogger Mehman Hüseynov Bakı Şəhər Baş Polis İdarəsinə dəvət olunub: “Mehman Hüseynova xəbərdarlıq ediləcək ki, bu kimi məlumatları yayarkən faktları dəqiqləşdirsin”. 

OXŞAR XƏBƏRLƏR

Bakıda məşhur əyləncə mərkəzi YANIR - VİDEO

Bakıda "Azadlıq" metrostansiyasının yaxınlığında yanğın başlayıb.   Sfera.az Trend-ə istinadən bildirir ki, hadisənin görüntülə...

Bakıda taxta bazarı YANIR - YENİLƏNDİ - 2 - FOTO

Nərimanov rayonunda taxta bazarı adlanan ərazidə yanğınla əlaqədar polis əməkdaşları hadisə yerinə cəlb edilib.   DİN-in mətbuat xidmətindən Sfera.az...

Ceyranbatan su kanalında 1 nəfər BATDI

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Ceyranbatan su kanalının Sumqayıt şəhərinin “Stansiya Sumqayıt” deyilən ərazi...

Bakıda məşhur əyləncə mərkəzi yanır - VİDEO

Bakıda "Azadlıq" metrostansiyasının yaxınlığında yanğın başlayıb.   Sfera.az Trend-ə istinadən bildirir ki, hadisənin görüntüləri...

Azərbaycan və Pakistan ticarət əlaqələrini yaxşılaşdırmaq üçün iki saziş hazırlayır

Azərbaycan və Pakistan ölkələr arasında ticarət əlaqələrinin yaxşılaşdırılmasına kömək edəcək Tranzit Ticarət Sazişi və Preferensial Ticarət Sazişinin hazırlanm...

“Çox stress keçirirdi, qızının keçmiş həyat yoldaşını...” - Xoşqədəm Cavanşir Məmmədovdan DANIŞDI

“Əməkdar artist Cavanşir Məmmədovun ölüm xəbəri məni çox sarsıtdı. Ölüm gözlə qaş arasındadır”.   Sfera.az olay-a istinadən xəbər verir&n...