Tarkanın anası xəstəxanaya yerləşdirildi
23:59 / 16.01.2020
3255
Türkiyənin meqastarı Tarkanın anası xəstəxanaya yerləşdirilib.
Sfera.az ucankus.com-a istinadla xəbər verir ki, Tarkanın anası Neşe Tevetoğlunun anidən vəziyyəti pisləşib.
Acıbadem Altunizadə Xəstəxanasına yerləşdirilən Neşe Tevetoğlunun səhhəti ilə bağlı hər hansı açıqlama verilməyib.
Tarkanın daimi olaraq xəstəxanaya anasının yanına getdiyi bildirilir. (oxu.az)