Tarkan nazirliyi tənqid etdi: \"Bunlar həmişəki kimi boş vədlərdir\"

Tarkan nazirliyi tənqid etdi: \
Türkiyəli popstar Tarkan Türkiyənin gündəmini zəbt edən məhkəmə prosesi ilə bağlı fikirlərini sosial şəbəkədə bölüşüb. 
 
Sfera.az bildirir ki, iki uşağı cinsi istismar edən valideynlərin azad edilməsinə sərt reaksiya verən müğənni hadisəyə görə sarsıldığını vurğulayıb: 

"Ailə və Sosial Xidmətlər nazirliyi hadisəyə nəzarət etdiyini deyib. Amma bunlar həmişəki kimi boş vədlərdir. Bu neçənci nəzarətsiz qalan davadır və bu neçənci cəzası verilməyən, sərbəst buraxılan manyaklardır”.

İfaçı həmçinin qeyd edib ki, aidiyyatı şəxslər dərhal addım atmalı və lazım olanı etməlidirlər. 

"Hər keçən gün daha bir azyaşlının uşaqlığı, saflığı, həyatı, gələcəyi əlindən alnır. Mən də bu ölkənin vətəndaşı olaraq utanverici mövzunun həll edilməsi üçün nə lazımdırsa etməyə hazıram”, - deyə Tarkan əlavə edib.

Türkan
Sfera.az

OXŞAR XƏBƏRLƏR

792-ci gün: Rusiya Ukraynanın itkilərini yenilədi

Rusiya müharibənin 792-ci günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib.   Sfera.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliy...

"Ford Mustanq"la avtoxuliqanlıq edən sürücü həbs olundu

Bakının Sabunçu rayonu ərazisində "Ford Mustanq" markalı avtomobillə avtoxuliqanlıq edən sürücü həbs edilib.   Sfera.az xəbər verir ki, bu ...

Milli Məclis Avropa Parlamentinin qətnaməsinə etiraz etdi

Azərbaycanın Milli Məclisi 2024-cü il aprelin 25-də Avropa Parlamentinin Azərbaycanda vətəndaş cəmiyyəti və insan hüquqları məsələsinə dair obyektivlikdən uzaq ...

Sərhəddə görülən işlərlə bağlı yeni - AÇIQLAMA

Azərbaycan ilə Ermənistan arasındakı sərhəddə koordinatların dəqiqləşdirilməsi işləri çərçivəsində aparılan geodeziya ölçmələri əsasında 2024-cü il aprelin 25-d...

Vətəndaş Qəbulu Mərkəzində may ayında qəbul cədvəli açıqlanıb - SİYAHI

Azərbaycan Prezidenti Administrasiyasının Vətəndaş Qəbulu Mərkəzində 2024-cü ilin may ayında vətəndaşların qəbulu cədvəli açıqlanıb.   Sfera.az ...

Azərbaycan malyariyadan azad olan ölkələrdən biridir - ÜST 

Aprelin 25-i dünyada Ümumdünya Malyariya Günü kimi qeyd edilir.  Sfera.az Anadolu Agentliyinə istinadən xəbər verir ki, Azərbaycan 2023-cü ildən malya...