“Tarixi düşmənçiliyi kənara qoyaraq birlikdə yaşamaq üçün yol tapmalıyıq\" - Dubayda yaşayan azərbaycanlı Ülviyyə Həsənzadə

“Tarixi düşmənçiliyi kənara qoyaraq birlikdə yaşamaq üçün yol tapmalıyıq\

Dubayda yaşayan iş adamı Ülviyyə Həsənzadə Dağlıq Qarabağın iqtisadi inkişaf modeli və bölgənin perspektivi barədə danışıb.


Sfera.az xəbər verir ki, Ü. Həsənzadə bu barədə Dubay mediasında məqalə ilə çıxış edib. Sözügedən məqaləni təqdim edirik:


"Müharibə mənim vətənim üçün yaxşı nəticələnməyib. Otuz ildir ki, Qafqazın bir vaxtlar çiçəklənən bölgəsi olan Qarabağ dünyadan ayrı düşüb. İnvestisiya yatırılmayan bu bölgə yoxsul vəziyyətdədir və əhalisi azalıb.

 

 

Ermənistan iqtisadiyyatı buranın inkişafını dəstəkləyə bilməyib. Heç bir beynəlxalq qurum Azərbaycanın tarixi ərazisi olmasına rəğçən "müstəqil" adlandırılan bu əraziyə sərmayə qoymayıb. Bundan başqa Qarabağ beynəlxalq hüququn aliliyi xaricində olan "boz ərazi"-yə çevrilib. Hazırkı atəşkəs və əldə olunan sülh bu nəticəni dəyişə bilər.


Mənim ailəm Dağlıq Qarabağdan qaçqın düşən 700000 qaçqının arasındadır. 90-cı illərin əvvələrində erməni işğalı nəticəsində burada yaşayan əhali öz mülklərini itirib. Mən indi Dubayda yaşayıram. Burda unikal tənzimləyici zonalardan yenilikçi sosial proqramlara qədər bir sıra inkişaf çərçivələri ilə qarşılaşmışam. Dağlıq Qarabağın yenidən qurulması güclü maliyyə tələb edir.

 

İlk olaraq maliyyə yatırılması gərəkli olan sahələr - vergi güzəştləri, gömrük rüsumu güzəştləri, sənaye layihələrinə ərazi ayrılması üçün nominal ödənişlər və sərmayə sahibkarlığına yönələn iqtisadi sahələrdir.

 

Nümunə üçün Dubay Beynəlxalq Maliyyə Mərkəzini götürək. 2004-cü ildə qurulan mərkəz BƏƏ-nin müstəqil yurisdiksiyası altında fəaliyyət göstərir və xarici investorların və sahibkarların ölkədə iş aparmaq üçün maneələri dəf etməsinə imkan verir. Bənzər məsələ Dağlıq Qarabağ üçün də nəzərdən keçirilə bilər - mövcud çatışmazlıqları aradan qaldırmaq üçün açıq təşviqlər edilməlidir.


Ən əsası, bu sərbəst zonalar qadınlara öz kiçik bizneslərini qurma imkanları da yarada bilər. Dubay yalnız qadınlara uyğun iş qeydiyyatı paketləri təklif edir (məsələn, bir müəssisənin qeydiyyatı üçün ödənişlər daha ucuz başa gəlir). Faciəvi şəkildə bildirirəm ki, ölkəmdə münaqişə nəticəsində ərlərini və atalarını itirən bir çox qadın olacaq. Xüsusilə ailəsi olan xanımların təmin edilməsi üçün onların bazara girməsini asanlaşdırmaq indi çox vacibdir.

 

Təbii ki, Azərbaycan dövlətinin iqtisadi gücü həmin ailələri öz hesabına maliyələşdirə bilir. Ağıllı tənzimləmə yaxşı bir şeydir, amma ayrılıqda işləmir. Onların uğuru, qurulmuş fiziki, texnoloji və sosial infrastrukturdan asılı olacaq.


Son iyirmi ildə neft və qazdan əldə olunan gəlirlər infrastruktur, mənzil, məktəb və xəstəxanaların tikilməsi, yeni texnologiya və iqtisadi şaxələndirmə sahələrində ümummilli inkişafla nəticələnib. İndi eyni işlər Dağlıq Qarabağ üçün də edilməlidir. Mənim qaçqın düşmüş yaxınlarım da bu məsələdə öz rolunu oynamağa hazırdır. Bir çoxu dünya üzrə peşə və iş imkanları axtarır, öyrənmə bacarıqları və təcrübə toplayır. Onların bilik və təcrübələri evimiz olan Qarabağın zədələnmiş və durğun iqtisadiyyatını canlandırmağa kömək edəcək.


İndi onların çoxu Qarabağa geri qayıtmaq istəyir. Bu yaxınlarda Füzulidəki Gecəgözlü kəndi azad olunanda anam dərhal mənə zəng etdi. Ailəm və bizim kimi başqaları üçün bu qurtuluşun mənası budur ki, hər bir qaçqının evə qayıtmaq arzusu və qanuni haqqı indi gerçəkdir.


Ancaq geri qayıtmaq hüququmuz olsa da, bölgədəki etnik erməni vətəndaşları - keçmiş qonşularımız eyni dərəcədə bizimlə qalmaq hüququna malikdirlər. Azərbaycan Prezidenti hər iki icmanın hüquqi baxımından bərabər olacağını bildirib. Fəqət dünyanın indi görməsi lazım olan məslə münaqişə tərəflərinin yeni bir qarşıdurma sonrası kontekstində necə birlikdə işləyəcəyini və cəmiyyətin yenidən qurulması üçün bir quruluş hazırladığını göstərən bir çərçivədir.


Dünyada barışıq və yenidənqurma nümunələri tapmaq mümkündür - məsələn, İkinci Dünya müharibəsindən sonra Fransa və Almaniya - təbii ki, ailəsini itirənlər üçün münasibət qurmaq çətin olacaq. Ancaq bir şey həm Azərbaycandan qayıdan qaçqınları, həm də etnik erməni sakinlərini birləşdirməlidir: yenidən qurmaq və daha yaxşı, daha firavan bir gələcək yaratmaq arzusu.


İnanıram ki, bütün tərəflər barışıq öhdəliyi götürsələr, bu itirilmiş cəmiyyəti bərpa edə bilərik. Ancaq buna nail olmaq üçün atılacaq bir neçə addım var.

Birincisi, barışıq keçmişlə münasibətləri əhatə edir. Bunu həll etməyin bir yolu münaqişə zamanı cinayət törədənlərin məsuliyyətə cəlb olunmasını təmin etməkdir. İkincisi, inkişafın Qarabağın dağıdılmış şəhərlərinə qaytarılması lazımdır. Yeni evlər və yeni məktəblər tikilməli, yeni iş yerləri açılmalı və yeni sənaye sahələri axtarılmalıdır. İqtisadi rifah hamıya fürsət verdikdən sonra icmalar nifrəti bir kənara qoya biləcəklər.


Tarixi düşmənçiliyi kənara qoyarq birlikdə yaşamaq üçün yol tapmalıyıq. İqtisadiyyat, mübahisələr altında otuz illik tənəzzüldən sonra bir yerdə işə başlamaq uyğun bir seçimdir".

 

 

Sfera.az

Əzizə Zeynal

 


OXŞAR XƏBƏRLƏR