Tanınmış vəkil DYP-nin ləğv olunmasını təklif etdi: “Özbaşınalıqdır...”
16:13 / 14.06.2021
1940
"Son günlər DYP əməkdaşları sanki vətəndaşları
incitmək öhdəliyi götürüb. Başqalarını demirəm, elə özüm və yaxın ətrafım hər
gün DYP-nin özbaşınalığı ilə qarşılaşırıq”.
Sfera.az bildirir ki, bunu tanınmış vəkil
Aslan İsmayılov deyib. O bildirib ki, DYP (Dövlət Yol Polisi) strukturlarında
baş verən anlaşılmazlıqlar, vəzifədən alınıb, sonra geri qaytarılmalar da bu
qurumda böyük problemlərin olduğunun göstəricisidir:
"Qonşu Gürcüstanda M.Saakaşvilinin atdığı ən
uğurlu, vətəndaşların alqışladığı addımlar da məhz bu qurumla bağlı idi.
Gürcüstanda ilk olaraq rüşvət mənbəyi olan avtomobillərin texniki baxış
proseduru ləğv edildi. Bunun ardınca isə DYP bir qurum kimi ləğv edildi”.
Günay