No Image

Tanınmış şair Cəlal Qurbanov: “Sənin önündə əyilirəm Xanlar əmim”

Tanınmış şair Cəlal Qurbanov: “Sənin önündə əyilirəm Xanlar əmim”
Azərbaycan Yazıçılar Birliyinin üzvü, tanınmış nəğməkar-şair Cəlal Qurbanov, bu gün dünyasını dəyişən əmisi SSRİ İdman ustası, Respublikanın Əməkdar Məşqçisi, Beynəlxalq dərəcəli hakim, Milli İdman Növləri Asosasiyasının prezidenti, Avropa Beynəlxalq Zorxana Konfederasiyasının I vitse-prezidenti, "Tərəqqi” medalının sahibi, Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi, pedaqoji elmlər üzrə fəlsəfə doktoru, professor Xanlar Qurbanovdan yazıb:

"Zalım həyat! Qəddar tale! Heç açılmayacaq, acımasız sirr kimisən! Zalımsan, bilirsən niyə? Gerçək üzünü yalnız acımadan vurduğun zərbələrlə göstərirsən. Qəddarsan, bilirsən niyə? Ən sevdiklərimizi, ən doğmalarımızı zorla, haqsız və vaxtsız qoparırsan bizdən! Bu gün mənidəmi öz qarşında yenik etdin?
 
Nəslimizin ən sevimlisi, başımızın tacı, gözümüzün nuru, təpərimiz, dayağımız, pilə qəlbli əmimizi aldın əlimizdən. Xanlar əmim... Yoxsan artıq! Amma əmin ol, bu gün aşağı əyilən başımı ölümün yox, baş tacımın önündə əyirəm!. Sənin önündə əyilirəm Xanlar əmim. Sən qarşısında həqiqətən də baş əyiləsi, böyük adam, gözəl kişi idin! Utanmadan hönkürürəm, içim misqal-misqal didilir bu gün. Sağalacağın günə məndən öncə nəvən, oğlum Əli qurban demişdi.
 
Özün qurban getdin haqsız, zamansız ölümə. İndi oğluma - baban artıq yoxdu sözlərini necə deyəcəyimi həqiqətən bilmirəm. Övladlarımın əziz babası... Hələ qardaşın, həm sima həm də ruh əkizi qardaşın – atam, Cavanşirin halını təsəvvür edə bilməzsən... Sanki ruhu səninlə birlikdədi, havadadı. Sanki sənin son nəfəsdə ehtiyacın olan havasızlıqdadı indi... Kimə nə deyim, kimə üsyan edim ??? Əlacım olsa ölümün özünü öldürərdim! Amma gücüm ancaq göz yaşlarıma çatır! Bunu da demədən keçə bilməyəcəm. Artıq neçə gündür ki, Yeni Klinikaya yerləşdirmişdik Xanlar əmimi.
 
Klinikada əmimin müalicəsilə məşğul olan Kəmalə Namazovaya hər zaman təşəkkür borclu olacam. Günlərdir özü xəstə olduğu halda əmimin yanından çəkilmədi. Onu normal vəziyyətə qaytarmaq üçün əlindən gələni etdi və buna da nail oldu. Kəmalə Namazovaya sonsuzadək minnətdar olacam. Peşəsinin öhdəsindən vicdanla gələn Kəmalə xanıma telefonda danışarkən "əllərinizdən öpəcəm ” dedim! Sizə minnətdaram və əllərinizdən öpürəm Kəmalə xanım! Tibb bacıları Sevinc xanıma, Aida xanıma, Lalə xanıma və digər tibb bacılarına əziyyətinizi əmimə halal edin deyirəm... O cümlədən başda ürək-damar cərrahı Rəşad Mahmudov başda olmaqla digər həkim heyətinə də çox sağ olun deyirəm.
 
Kəmalə xanımın nəzarəti altında onların hamısı bütün güclərini səfərbər etmişdilər əmimi sağlamlığına qovuşdurmuq üçün. Onlar yaxşı bilirdilər ki, xəstələri sadə bir azərbaycanlı olmaqla bahəm həm də bu xalq üçün dəyərli xidmətləri olan bir ziyalıdı. SSRİ İdman ustası, Respublikanın Əməkdar Məşqçisi, Beynəlxalq dərəcəli hakim, Milli İdman Növləri Asosasiyasının prezidenti, Avropa Beynəlxalq Zorxana Konfederasiyasının I vitse-prezidenti, "Tərəqqi” medalının sahibi, Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi, pedaqoji elmlər üzrə fəlsəfə doktoru, professor Xanlar Qurbanov... Bütün titulları adına yaraşan insan idi Xanlar əmim. Xəstə olduğu müddətdə əmim Xanlar Qurbanovun hər zaman yaxın çevrəsində olan bütün dostlarına – sadə insanlara, o cümlədən Nazir və Millət vəkillərinə bu neçə gündə Əmimlə bağlı çəkdikləri əziyyəti halal etmələrini istəyirəm. Tanrı hər birinizin əzizlərini qorusun!
Əslində hər birimiz inanırdıq ki, əmim sağalacaq.
 
Ancaq nə təəssüf ki, bu gün səhərə yaxın xırda bir narahatlıq ucbatından növbətçi həkimin təcrübəsizliyi səbəbindən, bizə- doğmalarına, yaxınlarına xəbərdarlıq etmədən onu intubasiya etməklə sizin də əməyinizi yerə vurdu! Bir nəfərin qeyri-peşəkar yanaşması hamımızı peşiman və məyus etdi... Bu da taleyin son acı zərbəsi... Ruhun şad olsun, görüşənədək əziz əmim...”.

OXŞAR XƏBƏRLƏR

Əhalinin diqqətinə! Sabahdan etibarən bu ərazilərdə...

Sentyabrın 24-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin səhər yarımadanın bəzi ye...

Qəbul imtahanlarının nəticələri açıqlandı

Dövlət İmtahan Mərkəzi tərəfindən ali təhsil müəssisələrinə qəbul nəticələri açıqlanıb. Sfera.az xəbər verir ki, artıq abituriyentlərə ali məktəblərə qəbu...

Emin Ağalarov: “Qarabağ münaqişəsinin yeganə həll yolu torpaqların erməni işğalından azad olunmasıdır” - VİDEO

"Crocus Group”un birinci vitse-prezidenti və məşhur azərbaycanlı müğənni Emin Ağalarov Rusiyanın RBK kanalında yayımlanan "Bu nə deməkdir?” proqramında qonaq ol...

Obama sosial şəbəkədə telefonunun nömrəsini paylaşdı - Foto

ABŞ-ın keçmiş prezidenti Barak Obama "Twitter”dəki hesabında telefon nömrəsini qeyd edərək, amerikalılardan ona prezident seçkiləri ilə bağlı planlarına dair SM...

İqtisadiyyat Nazirliyi 225 sahibkarlıq subyektində pozuntular aşkarladı

 İqtisadiyyat Nazirliyi tərəfindən zəruri qayda və tələblərə əməl etməyən 225 sahibkarlıq subyekti barədə tədbir görülüb. Nazirlikdən Sfera.az-a veri...

Azərbaycanda daha bir vəzifəli şəxs işdən çıxarıldı

 Biləsuvar Rayon İcra Hakimiyyətində (RİH) növbəti kadr dəyişikliyi olub. Sfera.az xəbər verir ki, bununla bağlı Biləsuvar RİH-nin başçısı Faiq Qürbə...