Tanınmış pediatr uşaqlar arasında kütləvi yayılan xəstəliyin səbəbini AÇIQLADI

Tanınmış pediatr uşaqlar arasında kütləvi yayılan xəstəliyin səbəbini AÇIQLADI
Son vaxtlar uşaqlar arasında yayılan virus artıq valideynləri narahat edir.
 
Sfera.az-ın məlumatına görə, bu barədə tanınmış pediatr Vaqif Qarayev bildirib ki, əvvəllər adi burun tutulmasına insanlar "qripəm” deyib keçə bilsə də, indi COVİD-19 durumu tamam dəyişib, hamı virusun adını bilmək istəyir.
 
Mütəxəssis qeyd edib ki, indiki xəstəlikləri yaradan qrip (influenza) virusudur:

"Güclü yoluxuculuq müşahidə olunur - aqressiv qızdırma, üzücü quru öskürək, burun axıntısı, boğaz ağrıları əsas əlamətlərdir. Südəmər uşaqlar xəstəliyin ilk günündən həkim müayinəsindən keçməlidir. Digər yaş qruplarında qızdırma 3-4 gündən artıq davam edərsə, həkim müayinəsi vacibdir! Evdə yalnız qızdırma salıcıların terapevtik dozasından istifadə etmək olar. Antibiotik və digər dərmanları müayinədən sonra həkim yazacaq, özünümüalicə düzgün deyil!”.
Pediatr qorunma yollarının standart olduğunu əlavə edib:
 
"Bunlar əlləri tez-tez yumaq, maskadan istifadə etmək, insanların sıx olmadığı yerlərdə - açıq havada olmaq, qida rasionunda meyvə-tərəvəzdən bol istifadə etmək.  Xəstə uşaq isə,  bağçaya və məktəbə getməməlidir, yoxsa, yoluxma azalmayacaq”.

Günay Rəsulqızı
Sfera.az


OXŞAR XƏBƏRLƏR

Azərbaycanda prokuror VƏFAT ETDİ - FOTO

Baş Prokurorluğun yüksəkvəzifəli əməkdaşı dünyasını dəyişib.   Sfera.az qafqazinfo-ya istinadən xəbər verir ki, prokurorluğun Təşkilat və İ...

"Qazaxlı Alik"in oğlunun məhkəməsi BAŞLAYIR

Hədə-qorxu ilə tələb etmədə təqsirləndirilən "Qazaxlı Alik"in oğlu Fuad Muradovun məhkəməsi başlayır.   Sfera.az xəbər verir ki, onun barəs...

Bakıda 22 yaşlı qız qətlə YETİRİLDİ

Aprelin 20-də səhər saatlarında paytaxtın Xətai rayonunda 2002-ci il təvəllüdlü Cabbarova Elnarə Xətai qızının kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi ilə bağlı ...

ABŞ dövlət katibi Azərbaycanın kəndlərinin qaytarılmasını alqışladı

  “Biz Ermənistan və Azərbaycanın iki ölkə arasında sərhədin delimitasiyası üçün əsas kimi 1991-ci il Alma-Ata bəyannaməsini razılaşdırdıqları bar...

BMT-nin Baş katibi Azərbaycan və Ermənistana çağırış etdi

  “BMT-nin baş katibi Antonio Quterreş Azərbaycan və Ermənistanı münasibətləri normallaşdırmaq üçün qalan bütün ikitərəfli məsələləri həll etməyə ...

Yumurta kəskin ucuzlaşdı - Qiymətlər daha da ENƏCƏK?

İri ticarət şəbəkələrində yumurtanın qiyməti kəskin azalıb. Əvvəllər 16-17 qəpiyə satılan yumurta bir neçə gündür ki, 10-12 qəpiyə təklif olunur. Görünən odur k...