Tanınmış müğənni ÜSYAN ETDİ: “O adamlara 10 min verib toya dəvət edirlər...”
11:37 / 07.07.2021
1046
Müğənni Vüqar Muradov onu toya dəvət etməyənlərdən şikayətlənib.
Sfera.az xəbər verir ki, o, sosial şəbəkə hesabında bu barədə paylaşım
edib.
”Sən ürəkli oğulsan, getdin müharibədə vuruşdun. Halal olsun sənə, səsin də, sənətin də böyükdür. Toylarımızda sən olmalısan” deyib toylara dəvət etməyən, "filankəslər cinsi azlıq nümayəndəsidirlər. Qeyrətsizdirlər Qarabağa getmədilər, ar olsun onlara” söyləsə də, həmin o adamlara 10 min manat verib toya dəvət edən cəmiyyətdə yaşayıram”, - deyə Muradov bildirib.
İfaçı vəziyyətin qəribə olduğunu ifadə edib: "Əslində qəribə olan özüməm. Hələ də böyüməmişəm. Safam, inanıram”.
Xatırladaq ki, Vüqar Muradov 44 günlük Vətən savaşında ön cəbhədə könüllü olaraq xidmət göstərib.
Türkan
Sfera.az