Tanınmış klubun futbolçuları tətil elan etdilər

Tanınmış klubun futbolçuları tətil elan etdilər
Braziliyanın "Kruzeyro" klubunun futbolçuları tətil elan ediblər.

Sfera.az xəbər verir ki, oyunçular maaş gecikmələrinə görə bu addımı atıblar. Onlar məşqə çıxmaqdan boyun qaçırıblar.

B Seriyasında çıxış edən klub hazırda ciddi maliyyə problemləri yaşayır. 6 aydır oyunçularına və əməkdaşlarına məvacib verə bilməyən "Kruzeyro"da borcların bir hissəsi sentyabrda ödənilib.

Vəziyyətin dözülməz həddə çatdığını söyləyən futbolçular çıxış yolunu məşqləri və oyunları boykot etməkdə görürlər.

Qeyd edək ki, "Kruzeyro" hazırda turnir cədvəlinin 11-ci pilləsində qərarlaşıb. Komandaya Braziliya millisinin sabiq baş məşqçisi Vanderley Luşemburqo rəhbərlik edir.
 
(Report)
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR