Tanınmış jurnalist Mübariz Mənsimova \"dələduz\" dedi: \"GƏMİNİZ BATSIN...\"

Tanınmış jurnalist Mübariz Mənsimova \
 

"Yeni Müsavat" qəzetinin şef-redaktoru, tanınmış jurnalist Azər Ayxan Məhəmməd Əmin Rəsulzadənin adına köhnə gəmi verdiyinə görə "Palmali Group” şirkətlər qrupunun prezidenti Mübariz Mənsimovu tənqid edib. 


Sfera.az xəbər verir ki, Azər Ayxan Mübariz Mənsimovu dələduzluqda ittiham edib:


"Mübariz Mənsimovun batan gəmisi, üzə çıxan yalanı. Məhəmməd Əmin Rəsulzadənin ruhu bu saxtakarlığın baş tutmasına, azərbaycanlıların ülvü hissləri ilə oynayıb siyasi xal qazanmağa imkan vermədi. Dələduzlar... Nə Mübarizin Rəsulzadə umurundadı, nə də Mənsimova bəy tərifi demək üçün növbəyə dayananların. Hərənin öz marağı vardı bu işdə. M.Mənsimov köhnə gəmilərinə Rəsulzadə, Elçibəy adı verməklə hakimiyyəti qıcıqlandırır. Azərbaycan iqtidarını şantaj edir. Ona tərif demək üçün sıraya dayananlar da Mənsimovdan para çəkə biləcəklərini zənn edirlər. Gəminiz batsın...".

 



OXŞAR XƏBƏRLƏR

Qısa müddətdə aliment təyin etdirmək olarmı? - Vəkildən AÇIQLAMA

Azərbaycan Respublikasının Ailə Məcəlləsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Ailə qurmuş şəxslər arasında əgər münaqişə baş verirsə, onlar...

Bakıda məktəbdə yanğın oldu, 3 nəfər tüstüdən ZƏHƏRLƏNDİ

Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə saat 10:52 radələrində Yasamal rayonu, 153 saylı məktəbin kitabxanasında yanğın baş verməsi səbəbilə ...

Azərbaycan əhalisi pulu ən çox nəyə xərcləyir? - RƏQƏMLƏR

2023-cü ildə Azərbaycan əhalisinin aylıq adambaşına xərcləri 348 manata yüksəlib.  Sfera.az rəsmi məlumatlara istinadən xəbər verir ki, şəhər yerlərin...

Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şurasının ikinci iclası BAŞLADI

Azərbaycan Prezidenti İlham Əliyevin və Qırğız Prezidenti Sadır Japarovun iştirakı ilə Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şurasının ikinci iclası başlayıb...

Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü BAŞLADI - FOTO - YENİLƏNDİ

Aprelin 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qırğız Respublikasının Prezidenti Sadır Japarov ilə məhdud tərkibdə görüşü olub.   ...

"İranın nüvə bombası hazırlaya bilməsinə həftələr qalıb" - MAQATE rəsmisi

"İranın nüvə bombası hazırlamaq üçün kifayət qədər materiala malik olmasına aylar deyil, həftələr qalıb".   Sfera.az  xarici KİV-...