Tanınmış həkimdən koronavirusu evdə müalicə edənlərə tövsiyələr: Çoxlu qarpız yeyin, doğramac için…

Tanınmış həkimdən koronavirusu evdə müalicə edənlərə tövsiyələr: Çoxlu qarpız yeyin, doğramac için…
"Evdə müalicə alanlar ən azı sutkada 30 ml/kq maye qəbul etməlidir. Bu, ən minimal fizioloji tələbatdır. 37 dərəcə temperaturdan yuxarı hər 1 dərəcə Selsi üçün əlavə 250 ml maye tələb olunur.

Mayenin yetərsiz qəbulu temperatursalıcı maddələrin effektsiz olmasına, bəlğəmin çətin ifrazına, qanın qatılaşmasına səbəb olur”.

Sfera.az xəbər verir ki bu sözləri tanınmış həkim reanimatoloq Şahin Məmmədov koronavirusa yoluxmuş şəxslərin evdə müalicəsi haqqında danışarkən deyib. Həkim COVİD-19 xəstələrinin müalicəsi barədə vacib tövsiyələr verib.

O, eyni zamanda evdə və xəstəxanada müalicə arasında fərqi ətraflı şəkildə izah edib: "Mayeləri enteral qəbul etməyiniz daha məsləhətdir. Yəni içkilər və yeməklərlə. Evdə sistem qoşmaq riskli prosedurdur və 90% xəstənin buna ehtiyacı yoxdur. Çoxlu qarpız yeyin, doğramac için.

Kofeinli içkilər az istifadə edin, çünki onlar sidikqovucudurlar. Həmçinin, alkoqollu içkilərdən, enerji içkilərindən uzaq olun.

Çay içməyi sevirsizsə, çalışın tünd olmasın. Kəklikotu ya başqa bitki çayları daha məsləhətdir”.

Mütəxəssis bildirib ki, evdə müalivə və yaxud xəstəxanaya yerləşdirilmə ilə bağlı suallar çox gəlir: "Evdə müalicənin üstünlüyü odur ki, evdə xəstəxanadaxili infeksiya yoxdur. İkinci üstünlüyü odur ki, evdə xəstəyə daha gözəl qayğı və qulluq olur və bu da ağciyər pnevmoniyasında çox vacibdir. Həm xəstəxanaya aparılanda hara düşəcək, onu kim müalicə edəcək bilinmir. Amma evdə müalicənin çatışmayan cəhəti müalicənin baha başa gəlməsi, analizlər və digər müayinələrin vaxtı vaxtında aparılmaması, xəstənin digər ailə üzvlərindən izolə edilə bilməməsi, həkim nəzarətinin zəif olması və lazım gələrsə oksigen və süni tənəffüsün verilə bilməməsidir.

Ona görə də yaxşı olar ki, xəstə yaxşı həkim və təchizatı olan xəstəxanaya yerləşdirilsin. Bu alınmırsa, evdə bütün şərait varsa, həkim nəzarəti yaxşı təşkil oluna bilirsə, evdə müalicəyə cəhd etmək olar”.

publika.az

OXŞAR XƏBƏRLƏR

Qorxunc FAKT! Koronavirusa yoluxanların yarıdan çoxunda bu xəstəlik yaranır

İtaliyada COVİD-19 virusundan müalicə olunan xəstələr arasında bir ay sonra psixiatrik simptomları müəyyən etmək məqsədilə klinik müayinə və sorğu aparılıb. ...

Arıqlamağa kömək edən səhər yeməkləri məlum olub

 Mütəxəssislər səhər yeməyi üçün xüsusi batonlar, müsli və mağaza şirələrindən yayınmağı tövsiyə edir. Belə ki, onların tərkibində yüksək miqdar şəkər və d...

Ürəyi məhv edən qidalar açıqlandı - Hər gün yeyirsiz

 Rusiyanın tanınmış kardioloqu, tibb elmləri namizədi Anna Koreneviç ürəyi zamanla məhv edən yüksək qlisemik indeksli zərərli ərzaqların siyahısını təqdim ...

2 min il əvvəl zeytun yağı haqda nə yazılıb? - Video

  Həmişə, bütün dövrlərdə dünyamız sülhə ehtiyac duyub və ümidə sarılıb. Yoxsa zeytun 7 min ildir ümidin və sülhün rəmzi kimi əksər xalqların mifologiyası...

Qorxunc FAKT! Koronavirusa yoluxanların yarıdan çoxunda bu xəstəlik yaranır

İtaliyada COVİD-19 virusundan müalicə olunan xəstələr arasında bir ay sonra psixiatrik simptomları müəyyən etmək məqsədilə klinik müayinə və sorğu aparılıb. ...

Sol böyrü üstə yatmayın - Həkim səbəbi açıqladı

 Yatarkən bədənin hansı tərəfi üstə çevrilmək barədə istər dində, istərsə də tibdə təzadlı fikirlər səsləndirilir. Bu məsələyə hətta peyğəmbərlər də toxunu...