Tanınmış güləşçimiz Avropa çempionatında erməni idmançısına rəqib oldu

Tanınmış güləşçimiz Avropa çempionatında erməni idmançısına rəqib oldu

İtaliyanın paytaxtı Romada keçirilən Avropa çempionatında daha bir güləşçimiz erməni idmançısına rəqib olub.

Sfera.az oxu.az-a istinadla xəbər verir ki, üçqat Avropa çempionumuz, Olimpiya və dünya mükafatçımız Cəbrayıl Həsənov 1/8 finalda Rumıniyanı təmsil edən dağıstanlı güləşçi Ömərasxab Najmuddinovla qarşılaşıb.

Gərgin keçən görüş 8:8 hesabı ilə başa çatıb. Qələbə isə Cəbrayıla verilib.

 

Onun 1/4 finaldakı rəqibi Ermənistan idmançısı Arman Avaqyan olacaq.

Qeyd edək ki, bu gün start verilən sərbəst güləşçilərin yarışında son Avropa çempionatının finalçısı Ağahüseyn Mustafayev (70 kq) ilk görüşündə Ermənistan idmançısı Qevorq Mxeyanı 15:8 hesabı ilə məğlub edib.


OXŞAR XƏBƏRLƏR