Tanınmış futbol hakimi beynəlxalq karyerasını başa vurdu

Tanınmış futbol hakimi beynəlxalq karyerasını başa vurdu
Tanınmış futbol hakimi Feliks Brix beynəlxalq karyerasını başa vurub.

Sfera.az xəbər verir ki, bu barədə almaniyalı FIFA referisi "Bild" nəşrinə açıqlamasında deyib.

O, 2021/2022 mövsümündən ölkədaxili oyunları idarə edəcəyini bildirib: "Bundesliqada yeni mövsümün startını səbirsizliklə gözləyirəm. Bundan sonra avrokuboklarda hakimlik etmək istəmirəm. İlin sonunda beynəlxalq karyeramı bitərəcəyəm".

Qeyd edək ki, 2007-ci ildə FIFA dərəcəsi alan Feliks Brix AVRO-2020-nin 5 oyununda ədaləti qoruyub.

OXŞAR XƏBƏRLƏR