Maqazİn

Tanınmış aktrisa sevgilisini unutmaq üçün yaddaşını sildirəcək

Tanınmış aktrisa sevgilisini unutmaq üçün yaddaşını sildirəcək

Sevgilisi ilə süpriz şəkildə ayrılan türkiyəli aktrisa Yağmur Tanrısevsinin yaddaşını sildirəcəyi haqqında şok iddia irəli sürülüb.

Sfera.az xəbər verir ki, aktrisa sevgilisi, müğənni və aktyor Oğuzhan Koçu unutmaq üçün bu addımı atıb.

Evlənəcəkləri söylənilən cütlük beş illik münasibətlərini keçən ay bitirməyə qərar verib. Onların hansı səbəbdən ayrıldığı açıqlanmayıb.

 

Çətin günlər yaşayan aktrisanın bu proseslə pis xatirələrindən xilas olacağı bildirilir.

ABŞ-da 12-13 ildir həyata keçirilən bu müalicə növü insanın pis günlərindən xilas olmasına kömək edir.

Keçmiş həyat yoldaşı Murad Dalkılıçdan ayrılan türkiyəli aktrisa Merve Boluğur və müğənni Ebru Polat da bu müalicə növünə müraciət edib.

Qeyd edək ki, Oğuzhan Koç ayrılıqdan çox az müddət sonra Yağmurun yaxın dostu, aktrisa Demet Özdəmirlə birlikdə görüntülənib. Yağmur buna cavab olaraq yaxın dostunu sosial şəbəkə dostluğundan silib.

Yağmur Tanrısevsin bir müddət aktyor Kerem Bursinlə sevgili olub.(oxu.az)

 

S

XƏBƏR LENTİ

«    May 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
 123
45678910
11121314151617
18192021222324
25262728293031