Taliskanın yeni klubu məlum oldu

Taliskanın yeni klubu məlum oldu
Çinin "Quançjoy Everqrand" klubunun futbolçusu Anderson Taliska karyerasını Səudiyyə Ərəbistanında davam etdirəcək.

Sfera.az xəbər verir ki, braziliyalı futbolçunun "Əl-Əhli" klubuna transferi tamamlanıb. Ərəblər 27 yaşlı yarımmüdafiəçi ilə 2 illik razılığa gəlib. Bu keçid üçün Çin klubuna 5 milyon avro təzminat ödəniləcək..

"Əl-Əhli" bundan öncə "Portu"dan Mussa Mareqa ilə müqavilə imzalayıb.

Taliska "Bahia", "Benfika" və "Beşiktaş" klublarında da çıxış edib.

OXŞAR XƏBƏRLƏR