“Talış, ləzgi, kürd özünü danmadığı kimi...” – Türk yoxsa, azərbaycanlı polemikası qızışır...

“Talış, ləzgi, kürd özünü danmadığı kimi...” – Türk yoxsa, azərbaycanlı polemikası qızışır...

"Azərbaycan dili və ya "azərbaycanlıyam” deməklə qədim dövrlərə gedib çıxan tariximizi qısaldırıq”.


Sfera.az-a açıqlamasında bu sözləri dilimizin türk və ya azərbaycan dili olması barədə gedən müzakirələrə münasibət bildirərkən Fərqli Vətəndaş Hərəkatının rəhbəri Günel Səfərova deyib:

 

"Dilimiz türk dilidir. Bunu şəxsi fikrimə dayanaraq demirəm. Tarixə baxsaq görərik ki, kökümüz türkdür, türkdilli ölkələrdən biriyik. Azərbaycan dili və ya "azərbaycanlıyam” deməklə qədim dövrə gedib çıxan tariximizi qısaldırıq”.


"Dilimiz birmənalı olaraq, türk dilidir”


Bu sözləri Milli Məclisin deputatı Razi Nurullayev deyib: "Azərbaycan sadəcə coğrafi məkanın adıdır. Yazıçılarımız, şairlərimizin yazılarında daha çox türk dilinin dialektini görürük. Bu Hüseyn Caviddə, Mirzə Fətəli Axundovda da var. Amma sovet imperiyası dövründə dilimizdə rus sözləri çoxluq təşkil etdi və dialekti də bir qədər fərqləndi”.


"İndi danışdığımız dili azərbaycan dili kimi təqdim etməliyik, amma tarixi köklər baxımından türkdilli xalqlardanıq”

 

Bu açıqlama politoloq Fərhad Mehdiyevə məxsusdur: "Dil məsələsinin müzakirəsi bir qədər siyasi görüşdür. Prezident Adminstrasiyasının kitabxanası var. Orada keçən əsrin 20-ci illərində Dağlıq Qarabağa muxtariyyət statusunun verilməsilə bağlı sənədlər üzərində işləyəndə bir yazı ilə rastlaşdım. Burada qeyd edilirdi ki, Azərbaycan Respublikasının Konstitusiyası təsdiq olunsun və üç dildə, türk, erməni və rus dillərində çıxarılsın. Rus arxivlərində bizlərə ya müsəlman, ya tatar, ya da türk deyiblər. İndiki dilimizin isə Türkiyə türkcəsilə eynilik təşkil etmədiyini də başa düşürəm. Dillər öz-özünə inkişaf edir, gəlişir. Bu təkamülü qəbul etsək, indi danışdığımız dili azərbaycan dili kimi təqdim etməliyik. Amma tarixi köklər baxımından türkdilli kimi təqdim olunuruq”.

 

Ümid partiyasının sədri İqbal Ağazadə bildirdi ki, dünyada heç bir millət yaşadığı ərazinin adına şəkilçi qəbul etməklə adlanmır: "Toponimdə Azərbaycan dili anlayışı olmayıb. Bunu qarışdırırlarsa tarixçilər və dilşünasların problemidir.Dilimiz türk dilidir. 1936-cı ilə qədər Sovet rejimində dilimiz türk dili olaraq qeyd olunub. Təəssüf ki, Azərbaycanda bu məsələyə siyasi konyuktura nöqteyi-nəzərindən yanaşırlar.Guya dilimizin türk dili olduğunu deməklə milli azlıqların hüquqları pozulur. Bu kökündən yanlışdır. Talışı, ləzgini, kürdü də sevirəm. Onlar öz millətinin adını doğru-dürüst dedikləri kimi, biz də həmin hüquqa malikik. Qədim tarixi köklərə sahibik, türk milləti olaraq bu coğrafiyada uzun əsrlərdir yaşayırıq”.

 

Elçin

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Britaniya İrana yeni sanksiyalar tətbiq etdi

Böyük Britaniya İrana qarşı sanksiyaları genişləndirib.   Sfera.az bildirir ki, Britaniya İranın İsrailə etdiyi raket hücumuna cavab olaraq İranın PU...

Metal qırıntılarının toplanması məntəqəsində partlayış: Ölənlər, yaralanlar var

Ötən gün Ukraynada kəndlərdən birində 58 yaşlı sakin 54 yaşlı qonşusu ilə birlikdə metal qırıntılarının qəbulu məntəqəsinə metal əşyalar gətirib.  Sfe...

Məşhur dizayner timsah çantaları qaçaqmalçılığına görə həbs edildi

Britni Spirsdən tutmuş "Sex and the City" ulduzlarına qədər bir çox məşhurlar tərəfindən aksessuarları bəyənilən dizayner Nensi Qonzales 18 ay həbs cə...

Ağdam Cümə məscidində ilk Azan - VİDEO

Xəbər verdiyimiz kimi, erməni işğalı dövründə yandırılaraq vandalizmə məruz qalan Ağdam Cümə məscidində bərpa işləri başa çatıb.    Azərbaycan P...

Şadlıq saraylarında hansı menyular daha çox bahalaşıb? - QİYMƏTLƏR

Bakıda şadlıq saraylarında qiymət artımı davam edir.   Sfera.az xəbər verir ki, bu barədə Trend-ə İqtisadi və Sosial İnkişaf Mərkəzindən (CESD) məlum...

Erməni hərbçisi minaya düşdü

Ermənistan hərbçisi Tavuş vilayətində minaya düşüb.   Sfera.az xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin məlumatında deyilir. &nbs...