\"Talibanın əsas problemi puldur...” – İlqar Məmmədov

\
"Talibanın əsas problemi puldur. Onların pulu yoxdur".

Sfera.az xəbər verir ki, bunu Respublikaçı Alternativ Partiyasının (Real) sədri İlqar Məmmədov deyib. Partiya sədri Talibanın 20 milyon dollar civarında pul ala biləcəyini deyib:

"Ötən həftəyə olan vəziyyətə görə, Mərkəzi Bankın ehtiyyatları 9 milyarda bərabər idi. Onun 7 milyardı müxtəlif şəkildə ABŞ Federal Ehtiyyatında saxlanılır. 2 milyardı digər xarici banklarda. Mərkəzi Bankın keçmiş sədrinin sözlərinə görə, bunun ancaq 10-20 milyon dollarını Taliban birtəhər ala bilər. Qalanı hamısı bloklanıb. Talibanın rəqabətə davamlı iqtisadiyyat qurmaq qabiliyyəti çoxları tərəfindən mübahisələndirilir".

Real sədri Talibanın iki seçim qarşısında olduğunu diqqətə çatdırıb:

"Pulun yoxluğunda, Taliban iki iqtisadi seçim etməlidir. Ya Mərkəzi Asiyaya, ya da İrana hərbi hücum yolu ilə kiməsə faydalı olub, maliyyələşdiriləcək tərəfdaşa çevrilməli, ya da Çinə iqtisadi baxımdan tam bağlanıb, onun həm də İranla ticarətində tranzit sahəyə çevrilməlidir. Rusiya və Hindistan arasında qurulacaq iqtisadi mövcudluq modeli isə inandırıcı gəlmir. Ən çoxu, "Çinçi" iqtisadiyyata qoşma, sadəcə əlavə gəlir mənbəyi ola bilər".
 
Əzizə Zeynal
Sfera.az
 

OXŞAR XƏBƏRLƏR