“Taliban”dan məktəbli qızlarla bağlı vəd

“Taliban”dan məktəbli qızlarla bağlı vəd
"Taliban” hərəkatı Əfqanıstanda qızlara orta məktəbdə təhsil almağa tezliklə icazə verəcəyini vəd edir.

Sfera.az  xəbər verir ki, bu barədə məlumatı jurnalistlərə Unicef təşkilatının icraçı direktorunun müavini Omar Abdi BMT-nin Baş qərargahında açıqlayıb.

""Taliban” hökumətinin təhsil nazirinin sözlərinə görə, "talibançılar” hazırda qızlara 6-cı sinifdən sonra təhsilini davam etdirməyə imkan verən prinsiplər üzərində çalışır. Sözügedən prinsiplər isə 1-2 ay ərzində dərc ediləcək”, - deyə Omar Abdi qeyd edib.

Abdi həmçinin bildirib ki, Əfqanıstanın 34 vilayətindən beşi artıq qızlara orta məktəbə getməyə icazə verib. Bunlar Balx, Cauzcan, Samanqan, Qunduz və Uruzqan vilayətləridir.

OXŞAR XƏBƏRLƏR