"Taliban" rəsmiləri niyə yoxa çıxıblar? – “Bu bütün dünyanın probleminə çevriləcək”

Əfqanıstanın şəbəkələr daxilində parçalanması ehtimalının yüksək olduğu bildirilir.
 
"Taliban” rəsmiləri Molla Əbdül Qəni Baradari və Molla Heybətullah Axundzadənin ard-arda ortalıqdan yoxa çıxması bu ehtimalı sürətləndirir. 

Vaxtilə Suriyada İŞİD və digər təkfirçi qruplaşmalar arasında yaşanan fikir ayrılıqları daxili müharibələrə yol açmışdı. Maraqlıdır, "Taliban”la eyni halın baş vermə ehtimalı varmı? "Taliban” daxilində parçalanma olarsa, Əfqanıstanı Liviyanın taleyimi gözləyir?

Məsələ ətrafında Sfera.az-a danışan politoloq Natiq Miri "Taliban"ın parçalanmasının labüd olduğunu deyib. Mütəxəssis "Taliban"ın fundamentində dini dəyərlərin olmadığını diqqətə çatdırıb:
 
""Taliban" daxilində parçalanma ehtimalı nəinki var, hətta labüddür. Çünki təməldə yalnız nəticəyə oynamaq və bütün vasitələri uyğun olaraq qəbul etmək varsa, nəticəsi yalnız parçalanma olur.

"Taliban" təməl prinsip olaraq İslamın hənəfi məzhəbini götürsə də, dinin yuxarı mərtəbələrində tamamilə fərqli davranışlar ortaya qoyurdu. Burada təkcə təməldə nəzərdə tutulmuş prinsiplər pozulmadı, eyni zamanda mübarizə hədəfləri də dəyişdi. Əgər əvəllər, yəni 70-80-ci illərdə "kafir” Sovet İttifaqına qarşı mübarizə aparırdılarsa, sonradan bu hədəflər dəyişərək digər dövlət və toplumları – ABŞ-ı, NATO-nu əhatə etdi. Lakin vəziyyət o həddə gəlib çatıb ki, "Taliban" bu gün müsəlmanları qətlə yetirir. Qətlə yetirilən insanlar içərisində qadınlar, gənc qızlar, körpələr və qocalar da var. Fundamentdə əgər İslam dəyərləri nəzərdə tutulursa, o zaman bu davranışları kimin adına yazaq? 

Yekun nəticəyə çatmaq və daha da güclənmək üçün "Taliban" hərəkatının rəhbərliyi zaman-zaman İslam prinsiplərinə daban-dabana zidd olan müəyyən qruplaşmaları da öz tərkibinə qəbul etdi. Bu gün bu parçalanma və digər problemlərə səbəb olan əsas məsələ də məhz budur. Çünki bu, ideoloji və mənəvi birlik deyildi. Sadəcə konkret dünyəvi maraqlar üzərində qurulmuş birlik idi. Bu cür davam edərsə, proses parçalanma, dağılma və bir-birini öldürmə həddinə qədər gedib çıxacaq".

Politoloq "Taliban"ın parçalanmasında maraqlı olan dövlətlər barədə də danışıb. Ekspert "Taliban”da daxili parçalanmanın olmasının dünya üçün ağır nəticələnəcəyini deyib: 

"Başda Avropa Birliyi, ABŞ və Rusiya olmaqla, məsələdən yararlanmaq istəyən imperialist dövlətlər var. Həmin güclər Pakistanı zəiflətmək və regionda öz geoiqtisadi və geosiyasi maraqlarını təmin etmək üçün bu məsələdən yararlanaraq, problemi daha da alovlandıracaqlar. Əslində ilk gündən bəri Əfqanıstanda terrorun daha da çiçəklənə bilməsi təhlükəsindən danışılırdı. 

Parçalanma "Taliban"ın daxilindən çıxan hər hansı qrupun müstəqil formada terror fəaliyyəti ilə məşğul olması ilə nəticələnə bilər. Bu da yeni on illər boyu Əfqanıstanı parçalayacaq, eləcə də məsum insanların kütləvi qətlinə, dilənçi vəziyyətə düşməsinə və ya demoqrafik vəziyyətin tamamilə partlamasına səbəb olacaq. Bu öz növbəsində təkcə Əfqanıstanın deyil, region dövlətlərinin, eləcə də bütün dünyanın problemi olacaq".

Əzizə Zeynal
Sfera.az


OXŞAR XƏBƏRLƏR

"Avropanın ən güclü adamı” uğurunun sirrini AÇIQLADI

"Avropanın ən güclü adamı” adını qazanan şotlandiyalı ağır atlet uğurunun sirrini açıqlayıb.    Sfera.az xəbər verir ki, bu barədə &q...

Poçettinonun taleyi sual altındadır - Klub qərar verməyib 

  "Çelsi" komandanın baş məşqçisi Maurisio Poçettinonun gələcəyi ilə bağlı qərar verməyib.   Sfera.az bildirir ki, London klubunun...

Azərbaycanda boşanmalara səbəb olan FAKTLAR: "Ataları, babaları yaşında kişilərlə..." 

Son zamanlar yalançı evliliklərin artması, bu istiqamətdə planlı atılan addımlar müzakirə obyekti olub. İddia edilir ki, bəzi xanımlar və ya bəylər qarşı tərəfl...

Elmira Süleymanova VƏFAT ETDİ - YENİLƏNDİ

Azərbaycanın ilk ombudsmanı Elmira Süleymanova dəfn olunub.   Sfera.az xəbər verir ki, mərhumə II Fəxri xiyabanda torpağa tapşırılıb.   **...

Alen Simonyan: "Ermənistan və Azərbaycanın bir-birinə qarşı ərazi iddiası yoxdur"

Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki, Ermənistan və Azərbaycanın bir-birinə qarşı ərazi iddiası yoxdur.   Sfera.az “Sputnik-Armenia&rd...

Azərbaycanda üçotaqlı evlər daha çoxdur – STATİSTİKA

2023-cü ilin məlumatına əsasən, Azərbaycanda mövcud olan evlərin bir sakinə düşən ümumi sahəsi 19,5 kvadrat metr, yaşayış sahəsi isə 14 kvadrat metr olub. ...