\"Taliban\" oğurluğa görə “əl kəsmək” cəzasının geri gələcəyini ELAN ETDİ
11:43 / 24.09.2021
1057
Əfqanıstandan daha bir qorxulu xəbər gəlib.
Sfera.az bildirir ki, bu dəfə "Taliban”nın yaradıcılarından olan Molla Nooruddin Turabi son açıqlaması ilə səs-küy yaradıb. Belə ki, "The Associated Press”ə danışan Turabi oğrular üçün "əl kəsmək” cəzasının yenidən tətbiq ediləcəyini deyib.
"Heç kim bizim qanunlara cavabdeh ola bilməz. İslam dininə riayət edəcəyik və qərarlarımızı Quran kitabına görə tətbiq edəcəyik”, - deyə "Taliban” üzvü bildirib.
O, həmçinin "Taliban”nın ilk zamanlarından fərqli olaraq, bu cəza üsulunun stadionlarda baş tutmayacağını qeyd edib.
Günay Rəsulqızı
Sfera.az