\"Taliban\" müqavimət cəbhəsi ilə danışıqlara başlayır

\
Tacikistan və Pakistanın vasitəçiliyi ilə Əfqanıstan müqavimət qüvvələri ilə radikal "Taliban" hərəkatının nümayəndələri arasında danışıqlar keçiriləcək.

Sfera.az-ın xəbərinə görə, bu barədə Tacikistan prezidenti Emoməli Rəhmon Pakistanın baş naziri İmran Xanla aparılan danışıqların nəticələrinə əsasən məlumat verib.

"Pəncşir əyalətində atəşkəs elan etmək və bölgə əhalisinə humanitar yardım göstərmək üçün münaqişə və gərginliyin erkən aradan qaldırılması günün ən vacib vəzifələrindən biridir. Tacikistan və Pakistan bu məqsədə çatmaq üçün hər cür səy göstərməyə hazırdır", - İ.Rəhmon deyib.

Qeyd edək ki, danışıqların Tacikistanın paytaxtı Düşənbədə keçirilməsi planlaşdırılır.

Bundan əvvəl Əfqanıstanın "Tolo News" telekanalı bildirib ki, Pəncşir əyalətinə gedən yollar yenidən açılıb və telekommunikasiya xidmətləri bərpa edilib.

OXŞAR XƏBƏRLƏR

"Qazaxlı Alik"in oğlunun məhkəməsi BAŞLAYIR

Hədə-qorxu ilə tələb etmədə təqsirləndirilən "Qazaxlı Alik"in oğlu Fuad Muradovun məhkəməsi başlayır.   Sfera.az xəbər verir ki, onun barəs...

Bakıda 22 yaşlı qız qətlə YETİRİLDİ

Aprelin 20-də səhər saatlarında paytaxtın Xətai rayonunda 2002-ci il təvəllüdlü Cabbarova Elnarə Xətai qızının kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi ilə bağlı ...

ABŞ dövlət katibi Azərbaycanın kəndlərinin qaytarılmasını alqışladı

  “Biz Ermənistan və Azərbaycanın iki ölkə arasında sərhədin delimitasiyası üçün əsas kimi 1991-ci il Alma-Ata bəyannaməsini razılaşdırdıqları bar...

BMT-nin Baş katibi Azərbaycan və Ermənistana çağırış etdi

  “BMT-nin baş katibi Antonio Quterreş Azərbaycan və Ermənistanı münasibətləri normallaşdırmaq üçün qalan bütün ikitərəfli məsələləri həll etməyə ...

Yumurta kəskin ucuzlaşdı - Qiymətlər daha da ENƏCƏK?

İri ticarət şəbəkələrində yumurtanın qiyməti kəskin azalıb. Əvvəllər 16-17 qəpiyə satılan yumurta bir neçə gündür ki, 10-12 qəpiyə təklif olunur. Görünən odur k...

Süni intellekt həkimlərin işini yüngülləşdirəcək

"Mass General Brigham MESH" inkubatorunun tədqiqatçıları süni intellektə (AI) əsaslanan çatbotların dərmanları izləmək və məhdudlaşdırmaq üçün istifad...