"Taliban" 4 nəfəri dar ağacından asdı - "Edamlar davam edəcək"

Əfqanıstanın şimal-qərbində yerləşən Herat əyalətində "Taliban” 4 kişini çoxsaylı insanın iştirakı ilə edam edib.

Sfera.az  TASS-a istinadən xəbər verir ki, məlumatı sentyabrın 25-də "Aamaj News” agentliyi yayıb.

Bildirilib ki, dar ağacından asılan şəxslər adam oğurluğunda təqsirli biliniblər.

Əfqanıstanda hakimiyyəti ələ keçirən "Taliban”ın nümayəndələri hələlik hadisəyə münasibət bildirməyiblər. Bununla belə, "Taliban” hərəkatının qurucularından biri, Nurəddin Turabi "Associated Press”ə kütləvi edamları bərpa edəcəklərini, oğurluğa görə ətrafların kəsilməsi praktikasını bərpa edəcəklərini bildiriblər.

Qeyd edək ki, "Taliban” 1996-2001-ci illərdə Əfqanıstanda hakimiyyətdə olarkən edam, daş-qalaq, əl və ayaqların kəsilməsi kimi cəzalar kütləvi, geniş şəkildə həyata keçirilirdi.
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Rusiyadan NATO-ya təklif: Moskva ilə təcili əlaqə üçün...

Rusiyanın Belçika Krallığındakı Fövqəladə və Səlahiyyətli səfirinə NATO qərargahı ilə təcili təmasları davam etdirmək səlahiyyəti veriləcək. Sfera.az xəbə...

Əfqanıstanda “Taliban”la həyat necədir? - FOTOLAR

Xəbər verdiyimiz kimi, "Taliban” hərəkatı avqustun 15-i paytaxt Kabili ələ keçirərək, bütün ölkə ərazisinə nəzarət etdiyini elan edib. "Taliban”ın yenidən...

Tbilisi teleqülləsi Azərbaycan bayrağının rənglərinə büründü - FOTOLAR

Oktyabrın 18-də Gürcüstanın paytaxtı Tbilisinin əsas rəmzlərindən biri olan televiziya qülləsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb. Sfera.az...

Qaribaşvili və ABŞ-ın müdafiə naziri regional məsələləri müzkirə etdilər

Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ABŞ-ın müdafiə naziri Lloyd Austinlə keçirdiyi görüşdə Azərbaycan və Ermənistan arasında əldə olunan humanitar razılaş...

ABŞ-ın keçmiş dövlət katibi koronavirusdan vəfat etdi

ABŞ-ın keçmiş dövlət katibi Kolin Pauell vəfat edib.   Sfera.az xəbər verir ki, 84 yaşlı Pauelin koronavirus səbəbilə öldüyü açıqlanıb. Bu barədə o...

ABŞ Gürcüstanla müdafiə sahəsində saziş imzaladı

Tbilisidə Gürcüstan və ABŞ-ın müdafiə nazirlikləri arasında saziş imzalanıb. Sfera.az  xəbər verir ki, sənədi müdafiə nazirləri – Cuanşer Burçuladze ...