“Taliban” Angela Merkeli Əfqanıstana dəvət etdi

“Taliban” Angela Merkeli Əfqanıstana dəvət etdi
"Taliban” sözçüsü Zabihullah Mücahid Almaniya ilə rəsmi diplomatik əlaqələr qurmaq istədiklərini bildirib.
 
Sfera.az xəbər verir ki, bu barədə "German Bild" qəzetinin dərc etdiyi "Taliban” sözçüsü Baş naziri Kabilə dəvət etdi" başlıqlı müsahibədə bəhs olunur.
Müsahibədə "Taliban” rəsmisi kansler Angela Merkeli Əfqanıstana dəvət edib. 

"Almaniyanın Əfqanıstanla tarixi və yaxşı əlaqələri var. Almaniya ilə güclü və rəsmi diplomatik əlaqələrin qurulmasını istəyirik", - deyə Mücahid qeyd edib. O, Angela Merkelin Əfqanıstanda isti münasibətlə qarşılanacağını və bundan sonra digər ölkə liderləri ilə də xoş münasibətlərin qurulacağını vurğulayıb. 

Əzizə Zeynal
Sfera.az 


OXŞAR XƏBƏRLƏR