\"Taliban\" ABŞ-ın \"B-52\" bombardmançı təyyarəsini vurdu- Təcili

\
Əfqanıstanda "Taliban" təşkilatı bu gün səhər ABŞ hərbi qüvvələrinə məxsus "B-52" bombardmançı təyyarəsini vurduğunu açıqlayıb.
 
Sfera.az xəbər verir ki,"B-52" bombardmançı təyyarəsi Hilmənd vilayətinin Vaşir bölgəsində "Şurab" hərbi hava limanının 10 kilometrliyində vurulub.  
 
Xəbərdə bildirilib ki, bombardmançı təyyarə tamamilə yanıb və bütün ekipajı ölüb. "Boinq B-52 Srtatofortress" 1955-ci ildən ABŞ HHQ-nin arsenalında var.
 
Bu "Boeing" şirkətinin ikinci nəsil amerikan çoxməqsədli ağır ən uzaq məsafəli qitələrarası strateji bombardmançı raketdaşıyan təyyarəsidir.
 
Təyyarə səsdən asta sürətdə 15 km hündürlükdə müxtəlif silah növləri, o cümlədən nüvə daşımağa qadirdir. "B-52"nin əsas hazırlanma məqsədi yüksək gücə malik iki termonüvə bombasını SSRİ-nin istənilən nöqtəsinə çatdırmaq olub. 

OXŞAR XƏBƏRLƏR