Taleh Tahirli: “Məsafədən satış potensialımızla çox iddialıyıq”
15:46 / 30.07.2021
858
Ölkənin ən böyük bankı bu günlərdə əhəmiyyətli dəyişikliyə
qərar verdi. Azərbaycan Beynəlxalq Bankı bundan sonra fəaliyyətinə ABB brend kimliyi ilə davam edəcək.
Bu maliyyə qurumunda başqa hansı transformasiya prosesləri baş verir? ABB-nin
İdarə Heyəti sədrinin müavini, Baş transformasiya inzibatçısı Taleh Tahirli ilə
söhbətimiz bu sual ətrafında olacaq.
-Bank öz brend kimliyini niyə dəyişdi?
-Burada rəqəmsal inteqrasiya, yəqin ki, aparıcı yer tutur. Müştərilər
bundan necə faydalanacaqlar?
-ABB mobile tətbiqi ilə bağlı əsas planlar nədən ibarətdir?
-Bunu necə öyrənirsiniz?
-Bu potensialdan istifadə üçün müştərilərə yeni nələr
təqdim edəcəksiniz?
-Müştərilərimiz kredit və debet məhsulları ilə bağlı ehtiyaclarını evlərindən çıxmadan az müddət ərzində qarşılaya biləcəklər. Bu istiqamətdə ilk addımlarımızdan biri ABB mobile üzərindən Bankımızın əməkhaqqı kartı sahibləri üçün satışların təşkili oldu. Qısa zamanda tətbiq vasitəsilə 5 mindən çox birbaşa satış həyata keçirildi. Hazırda beta layihə kimi başladığımız - ünvana çatdırılma xidməti vasitəsilə bu göstəriciləri bir neçə dəfə yüksəldəcəyik.
-Ötən ilin ortalarından ABB-nin İnnovasiya Mərkəzi fəaliyyətdədir.
İlkin nəticələr necədir?
-Bankın strateji inkişaf layihələrinin icrası hazırda nə yerdədir?
-Mövcud üç illik strategiyamız 2022-ci ilin sonuna qədər olan müddəti əhatə edir. Bir çox layihələri özündə birləşdirən strateji təşəbbüslərimizin 65%-ni artıq uğurla reallaşdırmışıq. Bu layihələr bankın bütün istiqamətlərini əhatə edir və gələcək fəaliyyət üçün bünövrə rolunu oynayır. Növbəti dövr üzrə yeni strategiyanın planlanması prosesinə də başlamışıq. Bu mərhələdə, artıq formalaşmış möhkəm bünövrəyə əsaslanacağıq. Ənənələrimizə sadiq qalaraq, universal bank kimi müştərilərimizə, tərəfdaşlarımıza yeni faydalar yaradacağıq. Müxtəlif biznes seqmentləri üzrə daha da böyüyəcəyik.
-Bank öz brend kimliyini niyə dəyişdi?
-Bu addım son illər ABB-də həyata keçirilən transformasiya proseslərinin
məntiqi davamıdır. Biz öz brend kimliyimizi 30 il ərzində formalaşmış dəyərlərimiz,
təcrübə və inam üzərində yeniləyirik. ABB adı ilə Bankın həyatında yeni bir
inkişaf dönəmi başlanır. Bu ad indiyə qədər əldə etdiyimiz nailiyyətlərimizi və
gələcək hədəflərimizi özündə bir araya gətirir.
-Bu yeni dövrün aparıcı inkişaf istiqamətləri, əsasən, nələr olacaq?
-Bu dönəmdə biz daha çox texnologiyaların inkişafı və rəqəmsallaşma,
müştəri xidmətlərimizin inkişafı, biznes-modelinin yenilənməsi, istedadların cəlbi və
yetişdirilməsi, eyni zamanda yeni strateji əməkdaşlıqların qurulmasına
doğru irəliləyirik. Başqa qurumlarla sıx əməkdaşlıq hesabına müştərilərimizə ənənəvi
bank xidmətləri ilə bərabər, əlavə fayda və rahatlıq yaradan yeni xidmətlər də
göstərəcəyik. Bu məqsədlə artıq bir neçə strateji partnyorumuzla danışıqlara
başlamışıq.
-Rəqəmsal təcrübə bu günün müştərisinin həyatına dəyər qatır. Getdikcə
daha çox müştəri bu imkanlardan faydalanmağa başlayır. Bunu ABB-nin gündəlik fəaliyyətində
də görürük. Korporativ müştərilərimizin hazırda apardıqları əməliyyatların təxminən
90%-i İnternetBank vasitəsilə yerinə yetirilən əməliyyatların payına düşür.
Yeri gəlmişkən, bu ilin sonuna kimi korporativ müştərilərimiz üçün tamamilə
yenilənmiş İnternetBank sistemimizi istifadəyə verəcəyik. Eyni tendensiya pərakəndə
bankçılıqda da özünü göstərir. Ötən il təxminən elə bu vaxtlar yenilənmiş ABB
mobile tətbiqimizi müştərilərimizə təqdim etdik. Tətbiq 1.5 milyon dəfədən çox
yüklənib. Bir il ərzində tətbiqdə qeydiyyatdan keçmiş müştərilərimizin sayı 500
minə çatıb. Bunlar onu göstərir ki, müştərilərimizin rəqəmsal təcrübələri
getdikcə artır. Eyni zamanda onlar bu təcrübələrindən irəli gələrək indi vahid
bir platforma axtarışındadırlar. Dünya trendi də ona doğru gedir ki, insanlar
bir platforma üzərindən müxtəlif ehtiyaclarını qarşılamaq, həmçinin əlavə
imkanlar, üstünlüklər qazanmaq istəyirlər. Biz bu istəyi əsas götürüb inkişaf
layihələrimizi həyata keçiririk. Məqsədimiz budur ki, müştərilərimiz çox
rahatlıqla həm lazımi maliyyə xidmətlərini əldə edə bilsinlər, həm də əlavə
faydalar qazansınlar.
-ABB mobile tətbiqi müştərilərimizlə əsas
kommunikasiya kanallarımızdandır. Bu tətbiqi 100 nəfərə yaxın təcrübəli, gənc və çevik əməkdaşımızdan ibarət komanda
ilə yaratmışıq. Tətbiqlə bağlı strategiyamızın ilk addımı müştərilərimiz üçün
ABB mobile üzərindən fasiləsiz və sürətli rəqəmsal bankçılıq həllini təmin etmək
idi. Buna nail olduq, indi gün ərzində yüz
minlərlə istifadəçi bu tətbiqlə bank əməliyyatlarını yerinə yetirir.
Statistikanı diqqətlə izləyirik, əməliyyatların 99.4%-i heç bir texniki problem
yaranmadan həyata keçir. ABB mobile tətbiqinə hər ay 60 mindən çox yeni istifadəçi
qoşulur. Maraqlı bir məqamı da diqqətinizə çatdırım: həm App Store-da, həm də
Play Market-də mobil tətbiqimizi 50 mindən çox istifadəçi qiymətləndirib.
Reytinq göstəricilərimizlə biz hər iki platformada lider mövqeyindəyik. Qarşıya
qoyduğumuz hədəfə nail olmuşuq və bu nailiyyəti qorumağı bacarırıq. Təbii ki,
bu məsələdə əsas köməyimiz müştərilərimizin rəyləridir, onların bölüşdüyü təcrübələridir.
-Müştəri məmnuniyyəti səviyyəsinin ölçülməsi bizim üçün çox mühümdür.
Ötən il bu məqsədlə aparılan araşdırma zamanı müştəri məmnuniyyəti səviyyəsini
müəyyənləşdirən NPS indikatorunun ABB-də 55%-ə yüksəldiyi məlum oldu. Bu, bizim
strateji dövrdə qarşıya qoyduğumuz 60%-lik NPS
hədəfinə çox yaxındır. NPS tədbirlərinin
bir hissəsi kimi ABB mobile tətbiqinin hər bir istifadəçisi də müştəri məmnuniyyəti
sorğusu alır. Nəyi daha da təkmilləşdirə bilərik sualını onlara təqdim edirik.
Gələn cavablar bizim yol xəritəmizin mühüm hissəsidir. Tətbiqdən istifadə
zamanı hər hansı problem yaşandıqda müştərilərimiz
bunu bir toxunuşla bizə bildirir, problem həll olunduqdan sonra isə bu barədə
onlara məlumat göndərilir. Strategiyamızın növbəti hədəflərindən biri də rəqəmsal
satış və xidmətlərin payını sürətlə artırmaqdır. Məsafədən satış potensialımızla
çox iddialıyıq.
-Müştərilərimiz kredit və debet məhsulları ilə bağlı ehtiyaclarını evlərindən çıxmadan az müddət ərzində qarşılaya biləcəklər. Bu istiqamətdə ilk addımlarımızdan biri ABB mobile üzərindən Bankımızın əməkhaqqı kartı sahibləri üçün satışların təşkili oldu. Qısa zamanda tətbiq vasitəsilə 5 mindən çox birbaşa satış həyata keçirildi. Hazırda beta layihə kimi başladığımız - ünvana çatdırılma xidməti vasitəsilə bu göstəriciləri bir neçə dəfə yüksəldəcəyik.
Növbəti mərhələdə, Apple Pay-in tətbiqi,
NFC ödənişlərinin genişləndirilməsi ilə təmassız ödənişləri daha da inkişaf
etdirəcəyik. Mobil tətbiqimizlə istənilən bank kartı ilə əməliyyatlar aparmaq
mümkün olacaq. İstifadəçilər üçün müəyyən loyallıq proqramlarımız nəzərdə
tutulur. Mobil tətbiqlə daha geniş inteqrasiya imkanlarının yaradılması üçün
partnyor şəbəkəmizi də genişləndiririk.
-Belə bir Mərkəzin təşkili ideyası, əvvəlcə 2019-cu ilin sonlarında
ABB Tech Akademiyasının yaradılmasının, ardınca ötən ilin əvvəlində 1-ci ABB
Regional Hakatonunun keçirilməsinin davamı idi. Mərkəzin ilk 12 rezidentinin
4-ü Hakatonda iştirak etmiş komandalar oldu. Artıq 12 startap layihəsinin hər
biri ABB İnnovasiya Mərkəzində inkubasiya dövrünü başa çatdıraraq investorlara
təqdim edilib. İyulun əvvəlində isə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar
Nazirliyinin strateji tərəfdaşlığı ilə 2-ci ABB Regional Hakatonunu keçirdik.
Bu Hakatonda da yetərincə maraqlı innovativ ideyalar təqdim edildi və seçilmiş
komandalarla tərəfdaşlığı növbəti mərhələlərdə davam etdirəcəyik. Ümumən belə
görünür ki, həm bazarda müəyyən bir ideya ətrafında toplaşıb onu inkişaf etdirməyə
tələb mövcuddur, həm də investorlar tərəfdə belə bir fürsət axtarışında olan müəyyən
icma formalaşır. Elə bizim də əsas niyyətimiz belə bir mühitin yaranmasına və
bütün tərəflərin o mühitdə bir araya gəlməsinə dəstək olmaqdır. Bu, bir-birini
ardıcıl şəkildə izləyib tamamlayan prosesdir. Bizim ABB Tech Akademiyamız indiyə
qədər informasiya texnologiyaları sahəsində 300-ə yaxın peşəkar yetişdirib. Hər
yeni proqramımızda onların sayı artır. Biz öz partnyorlarımızın və
sahibkarların texnoloji həllər üçün lazımi resursla təmin edilməsinə də kömək
göstərməyə çalışırıq.
-Mövcud üç illik strategiyamız 2022-ci ilin sonuna qədər olan müddəti əhatə edir. Bir çox layihələri özündə birləşdirən strateji təşəbbüslərimizin 65%-ni artıq uğurla reallaşdırmışıq. Bu layihələr bankın bütün istiqamətlərini əhatə edir və gələcək fəaliyyət üçün bünövrə rolunu oynayır. Növbəti dövr üzrə yeni strategiyanın planlanması prosesinə də başlamışıq. Bu mərhələdə, artıq formalaşmış möhkəm bünövrəyə əsaslanacağıq. Ənənələrimizə sadiq qalaraq, universal bank kimi müştərilərimizə, tərəfdaşlarımıza yeni faydalar yaradacağıq. Müxtəlif biznes seqmentləri üzrə daha da böyüyəcəyik.