\"Taksilərə minəndə pəncərələri açıq qoymaq lazımdır\"
14:32 / 02.12.2020
1375
"Siqaret çəkənlər də ehtiyatlı olsunlar. Misal üçün siqaret çəkəndən uzaq məsafədə olsan da, uzun müddət iyi gəlir. Taksilərə minəndə mütləq pəncərələri açıq qoymaq lazımdır”.
Sfera.az xəbər verir ki, bunu Vəli Axundov adına Elmi Tədqiqat Tibbi Profilaktika İnstitutunun direktoru, professor Adil Allahverdiyev Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib.
O qeyd edib ki, virusu qida ilə təmin edən insanın özüdür:
"Ona görə də nə qədər laqeyd davransaq o qədər də virusu bədənimizdə qidalandırırıq”.