Taksidə dünyaya gətirdiyi körpəsinə görün nə ad verdi - FOTO

Taksidə dünyaya gətirdiyi körpəsinə görün nə ad verdi - FOTO
Türkiyədə maraqlı bir hadisə yaşanıb. Boğaziçi körpüsü bağlı olduğu üçün bir taksinin içində doğum edən Suna Demir körpəsinə qadın taksi sürücüsünün adını verib.

Sfera.az avtosfer.az-a istinadən bildirir ki, çevriliş cəhdinin olduğu gecə doğum sancısı tutan qadın səhər doğum üçün yola çıxıb. Ancaq yol da, körpü də bağlı olduğundan körpəni taksidə dünyaya gətirib.19 yaşındakı Suna Demir körpəsini taksidə dünyaya gətirib. Suna Dəmir o anlarda yaşadıqlarını belə izah edib: "O həkimdən Allah razı olsun. Körpü bağlı idi, yol da çox uzun idi, sancım daha da çoxalmışdı. Taksidə doğum etdim, xoşbəxtlikdən arxadakı maşında həkim varmış. Səhhətimə baxdı, körpəni qucağıma verdi, doğum etdirdi, o həkimdən Allah razı olsun".

Körpəsini tıxacda bir taksinin içində dünyaya gətirən Suna Dəmirin bir qızı olub. Dəmir "Körpəm 2 kilo 350 qram doğuldu, çox yaxşıdı, sağlamdır. Mən xəstəxanadan çıxdım, körpəmi də sabah xəstəxanadan evə gətirəcəyik" bildirib. Taksi sürücüsünün qadın olduğunu, körpəsinə o qadın sürücünün adını verəcəyini ifadə edən Demir "Qızıma, taksi sürücüsü olan qadının adını qoyacağam, adı Reyhan olacaq deyə söz verdik" deyib.

Suna Dəmirin doğumunda köməkçi olan anesteziya mütəxəssisi Dr. Mehmet Çelik isə çalışdığı xəstəxanaya getmək üçün yolda idi. Bir möcüzənin qəhrəmanı olub. Dr. Çelik isə "Taksinin arxa oturacağında yatan və doğum etmək üzrə olan bir qadın olduğunu gördüm. Hadisə yerinə çatmamla birlikdə az qala eyni anda doğum da oldu. Körpə dünyaya gəldi, doğumu reallaşdırdıq. Körpənin göbəyini kəsdik "deyə o bildirib. Doktor Çelik hadisəni "Babam və Oğlum" filmindəki səhnəyə bənzədir: "Filmi izlədim hətta filmi izlərkən o səhnəni bir az da şişirdilmişini tapmışdım. Belə şeylər ancaq filmlərdə olur. Çevriliş cəhdinin olduğu səhər də eyni bir hadisə, eyni şəkildə başıma gəldi".

OXŞAR XƏBƏRLƏR

Şahzadə Harri ABŞ sakini olduğunu TƏSDİQLƏDİ

Britaniya şahzadəsi Harri rəsmi sənədlərdə yaşayış yerini ABŞ olaraq dəyişdirib. Bununla da, onun ABŞ sakini olduğu rəsmi olaraq təsdiqlənib.   Sfera...

Milli Məclisdə Hesablama Palatasının 2023-cü il üzrə hesabatı təqdim edildi

Milli Məclisin bu gün keçirilən plenar iclasında Hesablama Palatasının 2023-cü ildəki fəaliyyəti ilə bağlı hesabat müzakirəyə çıxarılıb.   Sfera.az x...

Sabah 30 dərəcə isti olacaq - PROQNOZ

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək.   B...

Xalasının bir sözünə görə evə gəlib anasını ÖLDÜRDÜ: "Qətldən sonra isə..." - DETALLAR

“Bəzən qətillərə səbəb heç də tamah və ya əxlaq problemlərindən qaynaqlanmır”.   Sfera.az bildirir ki, bunu "Təmiz Dünya" Qadı...

"Deyirlər ki, rus hərbçilərini ilk dəfə biz çıxarmışıq. Hara çıxarmısan?" - Millət vəkilindən müxalifətə

“Rusiya sülhməramlılarının dinc formada Azərbaycandan çıxarılması bütövlükdə Cənubi Qafqaz tarixində yeni mərhələ deməkdir”.   Sfera.az x...

Aİ Rusiyaya qarşı 14-cü sanksiyalar paketi üzərində İŞLƏYİR

Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı 14-cü sanksiyalar paketi üzərində işləyir.   Sfera.az xəbər verir ki, bu barədə Aİ-dən bildirilib.   S...