Taksi xidmətindən şikayət var

 Taksi xidmətindən şikayət var

Sfera.az-ın məlumatına görə, Gülarə Əlizadə adlı istifadəçi facebookdakı "MÜŞTƏRİYƏM ŞİKAYƏTİM VAR” qrupuna şikayət ünvanlayıb. Paytaxtda fəaliyyət göstərən taksi xidmətlərinddən birinin yarıtmaz işindən gileylənən xanım yazıb:


"Şikayətim*8555 taksi xidmətindəndir.Zəng edib "Xaçapuri Garden” Restoranina gedəcəyimizi bildirdik. Operator xanım iki defe restoranın adını dəqiqləşdird. Nəhayət guya anladı. Gediş haqqının 3 manat 35 qəpik olduğunu bildirdi, razılaşdıq, sifarişi qəbul etdi.

Yolda sürücü bir məkanın qarşısındda saxladi ki, duşun, baxiram, restoranın adı "Xaçapuri”-di, amma dediyimiz yer deyil. Sürücüyə etirazımı bildirəndə cavab verdi ki, operator xanim ünvanı səhv qeyd edib.”


Ünvanı səhv salan operatorun ondan və yol yoldaşlarından doğru ünvana çatdırılmaları üçün əlavə pul tələb etməsini iddia edən Gülarə Əlizadə fikrinin davamında söyləyib:


"Məsələni aydınlaşdırmaq üçün operatora zəng vurdum , söylədi ki, bizdə yalnız bu ünvan qeyd edilib. Gözləyin, sizi sifarişi qəbul edən operatorla calaşdırım. Əlqərəz, xeyli söz-söhbətdən sonra ünvan dəqiqləşdirildi və mənə deyildi ki, istədiyimiz məkana gedib çıxmaq üçün 4 manat ödəməliyik. Dedim, necə yəni, ünvani dəqiq demişəm axı, neyçün artiq pul da ödəyim ki? Operator sözümü sonadək dinləməyib dəstəyi qulağıma asdı. "


Sözügedən taksi xidmətindən üzrxahlıq gözlədiyi halda inzibatçının heç nə olmamış kimi davranması xanım istifadəçinin qəzəbinə səbəb olub və o, bir daha *8555 xidmətinə müraciət etməyəcəyini vurğulayıb:

 

"Bir azdan sözügedən taksi xidmətinin inzibatçısı sürücü ilə əlaqə saxladı. Sürücü ona məsələniizah etdi. İnzibatçı isə heç nə olmamaış kimi: " bəs indi nə problem var ki”,-deyə sual etdi. Sanki bizim yolda vaxt itirməyimiz və artiq ödəniş etməyimiz normal hal imiş. (məsələ pulda deyil, sadəcə üzr istəmədən, adi hal kimi qəbul etdi yatanmış vəziyyəti) . Bu *8555 taksi xiddmətinə ikinci müraciətim idi, sonuncu oldu.”


OXŞAR XƏBƏRLƏR

Bakıda daha bir müntəzəm marşrut xətti "BakuBus"a VERİLDİ

Sabahdan Bakıda 33 nömrəli müntəzəm marşrut xətti üzrə sərnişindaşıma xidməti “BakuBus” MMC tərəfindən həyata keçiriləcək.   Bu barədə Sf...

Keniya nümayəndə heyəti Azərbaycana səfər edəcək

Keniya Respublikasının nümayəndə heyətinin yaxın günlərdə ölkəmizə səfəri planlaşdırılır.   Sfera.az xəbər verir ki, Azərbaycanın Keniyadakı səfiri S...

Almaniyada Azərbaycanın COP29-a hazırlığı müzakirə olunacaq

Azərbaycanın COP29-a hazırlığı 25-26 aprel tarixlərində Berlində keçiriləcək 15-ci Petersberq İqlim Dialoqu çərçivəsində müzakirə olunacaq.   Sfera.a...

Ermənistan baş naziri: "Rus sərhədçiləri Tavuşdakı postları tərk edəcəklər"

Rus sərhədçiləri Tavuşdakı postları tərk edəcəklər.   Sfera.az “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bunu Ermənistan baş naz...

Əməkdar artist Cavanşir Məmməovla bağlı MARAQLI FAKTLAR

Bu gün dünyasını dəyişən, əməkdar artist, tanınmış müğənni Cavanşir Məmmədov 1954-cü ildə musiqiçi ailəsində anadan olmuşdu.   Sfera.az xəbər verir ...

Balaşixada azərbaycanlı iş adamı ÖLDÜRÜLDÜ

Moskva ətrafında Balaşixada aprelin 20-də azərbaycanlı iş adamı Nazim Əhmədov öldürülüb.   Sfera.az-ın Rusiya KİV-lərinə istinadən verdiyi xəbərə əsa...