Taksi sürücülərinə bəd xəbər - Oktyabrın 1-dən... - VİDEO

Taksi sürücülərinə bəd xəbər - Oktyabrın 1-dən... - VİDEO
Koronavirusa qarşı birinci dozanı vurduran taksi sürücüləri gələn ayın əvvəlinədək ikinci dozanı da vurdurmalıdır. İkinci dozanı vurdurmayan sürücülərə qarşı polis əməkdaşları tərəfindən yoxlamalar həyata keçiriləcək.  
 
Belə hallar aşkarlanacağı təqdirdə müvafiq tədbirlər görüləcək. Daxili İşlər Nazirliyi bununla bağlı sürücülərə xəbərdarlıq edib. Xəbərdarlığa görə, oktyabrın 1-dən taksi sürücülərindən də ikinci doza peyvənd olunmasına dair COVID 19 pasportu tələb olunacaq.

Sfera.az-ın məlumatına görə, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin şöbəs rəisi Elşad Hacıyev XəzərXəbər-ə bildirib ki taksi fəaliyyəti ilə məşğul olan şəxslər mütləq qaydada koronavirusa qarşı peyvəndin 2-ci dozasını da qəbul etməlidirlər. Onun sözlərinə görə sürücülər immunitet sertifikatı alaraq da sərnişindaşıma xidməti göstərə bilərlər.

Taksilərdən kütləvi şəkildə istifadə olunması sürücülərin və sərnişinlərin virusa yoluxma riskini artırır. Sürücülər deyir ki özlərini və sərnişinləri qorumağın ən effektiv yolu peyvənd olunmaqdır.

Elşad Hacıyev qeyd etdi ki, 2-ci doza vaksini vurdurmayıb taksi fəaliyyəti ilə məşğul olan şəxslərə qarşı müvafiq tədbirlər görüləcək.

Xatırladaq ki, İnzibati Xətalar Məcəllənin 211-ci maddəsi əsas tutularaq, karantin rejimlərinin pozulmasına görə fiziki şəxsləri 200 manatdan 400 manatadək, vəzifəli şəxsləri isə 3 min manatdan 4 min manatadək məbləğdə cərimə gözləyir.
 
 

OXŞAR XƏBƏRLƏR

Real Barbi olmaq istəyir - FOTOLAR

28 yaşlı Eşli Kimberli Barbi kuklasına oxşamaq üçün əməliyyatlara 80 min funt sterlinqdən çox pul xərcləyib. Amma modelin sözlərinə görə, hələ də işini tam biti...

Süni intellekt sayəsində Platonun dəfn edildiyi yer müəyyən edildi - FOTO

Piza Universitetinin alimləri məşhur filosof Platonun dəfn yerini müəyyən edə biləcəklər.   Sfera.az bildirir ki, tədqiqatçıların araşdırması İtaliya...

“Bi-2” qrupu Moldovadan vətəndaşlıq istədi

Rusiyanın “Bi-2” qrupunun bir neçə üzvü müharibə əleyhinə mövqelərinə görə bir sıra təqiblərdən sonra Moldova vətəndaşlığı üçün müraciət edib. Bu ba...

Beyons pərəstişkarlarına təbii saçlarının necə göründüyünü göstərdi

Məşhur superstar Beyons pərəstişkarlarına saçlarına necə qulluq etdiyini göstərib. O, sosial şəbəkə səhifəsində gözəllik salonundan görüntülər yayımlayıb. &n...

"Super ana": 38 ildə 74 yeniyetməni övladlığa götürdü

83 yaşlı Norma Şou və həyat yoldaşı İan 38 ildə 74 yeniyetməni övladlığa götürüb.    Sfera.az bildirir ki, ana olduğu müddətdə Norma Şou çox şey...

100 il itmiş hesab edilən tablo Vyanada hərracda çıxarıldı

Avstriya paytaxtının hərrac evlərinindən birində məşhur avstriyalı modernist rəssam Qustav Klimtin 100 il ərzində itmiş hesab edilən yarımçıq qalmış əsəri hərra...