Taksi fəaliyyətində xaos və qeyri-müəyyənlik - ŞƏRH

Taksi fəaliyyətində xaos və qeyri-müəyyənlik - ŞƏRH
 

Azərbaycanda taksi fəaliyyəti ilə məşğul olanların sayı durmadan artır. Bir çoxları isə qanunvericiliyin tələblərinə cavab vermədən bu fəaliyyətlə məşğul olmaqda davam edir. Karantin rejimi ilə bağlı son hadisələr Azərbaycanda fəaliyyət göstərən taksilərin çox az hissəsinin uçotda olduğunu sübut etdi.

Bəs taksi fəaliyyəti üzrə əsas tələblər nədir? Bu fəaliyyət sahəsində hansı problemlər mövcuddur?

Məsələ ilə bağlı "MediaPost"a açıqlama verən nəqliyyat üzrə hüquqşünas-ekspert Ərşad Hüseynov bildirdi ki, ölkəmizdə taksi fəaliyyəti ilə məşğul olmaq üçün müxtəlif normativ hüquqi aktlar var:

"Taksi avtomobilləri üçün ölkə miqyasında 2015-ci ildə qəbul olunmuş AZS standartı var. Bakı şəhəri üçün də Nazirlər Kabinetinin 2019-cu ildə qəbul olunan 73 saylı Qərarı mövcuddur. Həmin qərarda Bakı şəhəri ərazisində taksi fəaliyyəti, taksi avtomobilləri və sürücüləri üçün tələblər məyyən olunub. Taksi avtomobillərinin texniki təchizatı, ekoloji standartlara cavab verməsi həm Azərbaycan, həm də beynəlxalq standartlara uyğun olmalıdır. Belə ki, nəqliyyat vasitələri dövri texniki baxışdan keçirilərək istismara yararlı olmalıdır. Taksi tərtibatı ilə bağlı da müəyyən məsələlər var. Məsələn, avtomobilin damında taksilər üçün müəyyən olunmuş fərqləndirici rəng qrafikası olan işarə və taksi fanarı olmalıdır".

Ekspertin sözlərinə görə, taksi fəaliyyəti ilə hüquqi olaraq məşğul olmaq üçün bir neçə variant mövcuddur:

"Ən bəsit variant fərdi taksi fəaliyyətidir ki, burada fiziki şəxs özü öz avtomobili ilə taksi fəaliyyəti göstərir. Burada da avtomobil qeyd olunan tələblərə uyğun olmalı, sürücü ən azı 21 yaşda olmaqla minimum A yaxud B kateqoriyalı sürücülük vəsiqəsinə sahib olmalıdır. Həmçinin sürücü fərdi sahibkar kimi vergi orqanlarında uçota durmalı, aylıq fərqlənmə nişanı almalı və fərdi sahibkar olaraq Dövlət Sosial Müdafiə Fonduna sosial sığorta ödənişlərini (60,5 manat) etməlidirlər.

İkinci variantda isə hüquqi şəxs yaratmaqla taksi fəaliyyəti ilə məşğul olmaq olar. Bu zaman hüquqi şəxsin balansında taksi üçün istifadəyə yararlı müəyən sayda avtomobillər olmalı, hər bir avtomobil üçün fərqlənmə nişanı alınmalıdır. Hüquqi şəxslərdə isə sosial sığorta ödənişləri əmək haqqı yolu ilə ödənilir.

Hal-hazırda operatorlar və aqreqatorlar vasitəsilə də (mobil sms və onlayn taksi sifarişi) taksi xidmətləri var. Burada həmin hüquqi şəxslər vasitəçi rolunu oynayaraq operator kimi taksi müştərisi ilə taksi sürücüsü arasında əlaqə yaradırlar. Onların balansında adətən avtomobil olmur, bəzi hallarda isə istisnalar mövcuddur".

Ekspert taksi fəaliyyətində mövcud problemlərə də toxunub:

"Təəsüf ki, son karantin rejimi göstərdi ki, faktiki olaraq taksi fəaliyyətini həyata keçirən insanlar qanunvericiliyin tələblərini pozaraq fərqlənmə nişanı almırlar. Məlum oldu ki, Bakıda təxminən 1000-1500 arası taksi minik avtomobilləri hər ay fərqlənmə nişanı alır. Digərləri isə fərqlənmə nişanı almır və vergi ödəmirlər. Avtomobillərin tərtibatı ilə bağlı da hər şey qaydasında deyil. Burada nizam-intizamın yaranmasına ehtiyac var.


Karantinlə bağlı Nazirlər Kabinetinin qərarından belə məlum oldu ki, tam qanuni taksi fəaliyyəti ilə məşğul olanlar - uçota alınıb fərqlənmə nişanı alanlar fəaliyyətini davam etdirə bilərlər. Qanunvericiliyin tələləblərinə cavab verməyən avtomobillər isə bu müddət ərzində taksi fəaliyyəti ilə məşğul olduqda cərimələnəcəklər. Bu isə taksilərə uçota durmaq və vergi ödəmək üçün dərs olmalıdır. Həmçinin sosial sığorta ödənişləri edilməlidir ki, gələcəkdə pensiya ala bilsinlər. Bu istiqamətdə ciddi addımlar atılmalı, ilk növbədə bu insanlar özləri bilməlidir ki, gələcəkdə də buna bənzər hallar ilə qarşılaşmamaq üçün hər şeyi qanun çərçivəsində etmək lazımdır".

Ə. Hüseynov bildirdi ki, hazırda bununla bağlı hüquqi məsuliyyət məsələlərində də boşluqlar var:

"Belə ki, fərqlənmə nişanı olmadan taksi fəaliyyəti ilə məşğul olanlar barəsində 40 manat cərimə sanksiyası tətbiq oluna bilər. Lakin nəzarət orqanları bu halları bir-bir aşkar etmək, məsuliyyətə cəlb etmək məsələsində əziyyət çəkirlər. Çünki burada söhbət on minlərdən gedir.

Taksi fəaliyyətinin təkmilləşdirilməsi, qanunvericiliyə uyğun təşkil olunması və buna səmərəli nəzarət üçün Bakı Nəqliyyat Agentliyinin (BNA) bir sıra maraqlı ideya və təklifləri var. Düşünürəm ki, Nazirlər Kabineti və digər dövlət strukturları həmin təkliflərə həssas yanaşmalı, taksi sürücüləri özləri, taksi fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər öz fəaliyyətlərini qanunvericilik çərçivəsində qurmağa çalışmalıdırlar ki, taksi fəaliyyətindəki xaos və qeyri-müəyyənlik aradan qalxsın. BNA-nın həmin ideyalarının qanunvericiliyə gətirilməsi bu xaosun aradan qaldırılmasında hüquqi baza ola bilər".



OXŞAR XƏBƏRLƏR

Bu dəfə ən yüksək nəticəni onlar göstərdi - SİYAHI

Xəbər verdiyimiz kimi, ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə 2024-cü il martın 17-də keçirilən buraxılış imtahanının nəticələri elan olunub.  ...

Kim Çen Inn Putinin hədiyyəsi ilə görüntüləndi - FOTO

Şimali Koreya lideri Kim Çen In fevral ayında Rusiya prezidenti Vladimir Putinin ona hədiyyə etdiyi "Aurus" avtomobilini idarə edərkən görüntülənib. ...

Venesiya Biennalesində Azərbaycan pavilyonunun açılışı oldu - FOTO

Heydər Əliyev Fondunun təşkilatçılığı, Azərbaycan Mədəniyyət Nazirliyi və ölkəmizin İtaliyadakı Səfirliyinin dəstəyi ilə aprelin 19-da 60-cı Venesiya Biennalesi...

İlhamə Quliyeva ilə küsülü olmalarının səbəbini açıqladı

Xalq artisti Nazpəri Dostəliyeva mərhum həmkarı, Xalq artisti İlhamə Quliyeva ilə küsülü olma səbəbini illər sonra açıqlayıb.   Sfera.az xəbər v...

Bu il Azərbaycanda 5 günəş elektrik stansiyası tikiləcək

Bu il Azərbaycanda ümumi gücü 1300 MVt olan daha 5 günəş-külək stansiyasının inşasına başlanacaq.   Bu barədə Sfera.az-a Energetika Nazirliyindən bil...

Yaponiyada həkimlər "Google"u məhkəməyə verdilər - SƏBƏB

Yaponiyada həkimlər Google-u klinikaları haqqında pis şərhlərə müdaxilə etmədiyi üçün məhkəməyə veriblər. Sfera.az xəbər verir ki, 63 həkim cümə axşamı T...